Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

TƏNHA ADAYAM

 

"Xeberinfo.com":  

 

Baxışlar mənimdir duruşum kimin
Söz ilə sarıldım, vuruşum kimin
Suallar mənədir, soruşum kimin?
Bilmədim özümə, yadam doğmayam
Ləpəli sahiləm, tənha adayam.

Üsyankar ruhumu. xəyal aparır
Meh vurub oxşayan, bir hal aparır
Nəsibim halallıq, halal aparır
Bilmədim kiməsə, yadam doğmayam,
Ləpəli sahiləm, tənha adyam.

Bilmirəm, bilmirəm kimə oxşadım
Bağçadan, bağlardan hər gül qoxladım,
Yayımı çəkməmiş yüz yol yoxladım.
Bilmədim kiməsə, yadam, doğmayam
Ləpəli sahiləm, tənha adayam.

Desələr bilmirəm, bəlkə lovğayam
Deyərəm sözümü, bəlkə davayam.
Təkəmsə meydanda, kimi haylayam
Axır ki, bilmədim, yadam doğmayam
Ləpəli sahiləm, tənha adayam.

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam