Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

ÜZ GET...



"Xeberinfo.com":  (könül pçıltısı.ailəsinə dönük çıxanlara həsr edirəm) 

Bəzən çaşıram, yanıram alışıram, öz ocağına öz əhdinə vəfasız olanları görəndə. Yazıram hərdən işlərinə qarışıram, xəyalım gedir uzaqlara, düşüncəmlə dolaşıram. Və üz tuturam belə üzüdönüklərə. Ey, ey aşiqəm deyən, başqasının sözünü yeyən, sevgili axtarıb, kam almaq istəyən, aldanma səni sevmirlər, sevirəm deyən sənin cibinə, malına, puluna aşiqdir, yalan deyir sənə sadiqdir.Səni sevmirlərsə, nəyə yarar bu sevda, bu eşq bu məhəbbət. Ömrün gödəlib, vermirmi sənə əziyyət? Uzaqlaş, uzaqlaş vaz kec bu sevdadan, həyatını talan, əhdini yalan edən bəladan. Bu sevginin gözü kordursa, dili laldırsa, nədən ayılmırsan yatırsan, sən nədən susursan burulğanda batırsan? Çəkil bu yoldan, arxana baxmadan çəkil! Bəs heç bildinmi, bu sevda edəcək səni səfil? Yolunla get, arama axtarma onu, simaları dəyişik, giyəcəyi donu. Yoxdur bu işin sonu. Sən artıq bəxtinə açılan çiçəyi dərmisən, bəzəmisən ömrünü, taleyinə sərmisən. Xöşbəxt bir yol gəlmisən. Yolların enişi-yoxuşu olub, bağçanda meyvələrin acısı-şirini olub. Birgə dadmısınız əziyyətlərin kahrını, nədən yarırsan sənə yar olanın bağrını. Gəl xəyanət etmə! Aç gözlərini bax əməlinə, bax dəyər verdiyin ailənin təməlinə. Ömür yollarında sənin üçün əyilən , əzilən birinə budurmu vəfan? Budurmu səni, sən olaraq sevənə, çəkdiyin cəfan. Sanmıram, sanmıram sən bu qədər əyiləsən, adın dillərə düşüb sözlərdə, gözlərdə deyiləsən. Yazıram sənə əmanətim olsun. Bəlkə də anlamazsan. Sənə cavabım, xəyali sevginə xəyanətim olsun. Əlləri bulaşıq olma! Uyma hisslərinə, həyatın pislərinə. Sev səni sevəni, bağçandan gül dərəni, sipər olub, ömrünə bəxtinə taxt tikəni. Unutma yana bilərsən, ömür vəfa etsə qana bilərsən, deyərək bağışla, mənəm günahkar etdiyin səhfini dana bələrsən. Get, yolunla düz get, yetməyən sevdaya sondur söylə, əlini əlindən ÜZ GET...

 

TƏRANƏ ŞƏMS.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam