Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Binəqədidə partlayış riski olan ərazidə nəhəng tikinti kimlərin himayəsi ilə aparılır?-FOTOLAR


Binəqədi rayonunda, Şah Abbas küçəsi ilə Dəyirman yolunun kəsişməsində, “777” tikinti malları mağazasının arxasında aparılan nəhəng tikinti artıq sadəcə şübhə doğurmur – bu, açıq-aşkar qanunsuzluqdur.

Yenixeber.org: Söhbət sıradan icazəsiz tikintidən yox, SOCAR-ın mühafizə zonasında, partlayış və ciddi ekoloji fəlakət riski olan ərazidə aparılan son dərəcə təhlükəli işlərdən gedir.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığımız rəsmi sorğuya cavab olaraq bildirilib ki, ərazi SOCAR-ın mühafizə zonası olduğuna görə aidiyyəti üzrə həmin quruma müraciət etməyimiz “tövsiyə olunur”. Lakin bu cavab faktiki olaraq məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil. Çünki qanunvericiliyə əsasən, rayon ərazisində aparılan istənilən tikinti işinə yerli icra hakimiyyəti də nəzarət etməlidir.
 Daha da düşündürücü məqam odur ki, Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə və SOCAR-a Mediatv.az xəbər portalı adından ünvanladığımız sorğulardan 10 gündən artıq vaxt keçməsinə baxmayaraq, hələ də heç bir rəsmi cavab verilməyib. Bu müddət ərzində isə qanunsuz tikinti tam sürətlə davam edir.
Ortada ciddi suallar var:SOCAR-ın mühafizə zonasında bu tikintiyə kim icazə verib,partlayış təhlükəsi olan ərazidə aparılan işlərə FHN niyə müdaxilə etmir,şəhərsalma normaları və təhlükəsizlik qaydaları niyə açıq şəkildə tapdalanır?
  Sözügedən ərazi üzrə isə Şəhərsalmanın məlumat bazasında heç bir qeyd yoxdur, bu da tikintinin qanunsuz aparıldığını açıq şəkildə təsdiqləyir.
 Azərbaycan Respublikasının “Neft və qaz haqqında” Qanununa və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, neft-qaz obyektlərinin mühafizə zonalarında insanların həyat və sağlamlığı üçün təhlükə yaradan tikinti işlərinin aparılması qəti şəkildə qadağandır.
Ən təhlükəlisi isə odur ki, bu susqunluq sabah baş verə biləcək ağır faciənin zəminini yaradır. Qanunsuz tikintiyə “dur” deyən yoxdur, məsuliyyət daşımalı qurumlar isə ya susur, ya da müəyyən maraqlar daxilində vəziyyətdən yayınırlar.(Mediatv.az)

Adı çəkilən qurumların cavab haqqını tanıyırıq.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam