Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

“Ümid tək Azərbaycanadır”

 

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç bu gün bəyanatla çıxış edərək bildirib ki, Avropanın qaz təchizatı mənbələrini diversifikasiya etmək üçün tək ümidi Azərbaycandır.

"Xeberinfo.com":  Məlumata görə, Şefçoviç Azərbaycanın təşəbbüsü ilə reallaşmaqda olan Cənub Qaz Dəhlizinin hazırda Avropanın yeni mənbədən iri həcmdə qaz almasını təmin edən yeganə variantdır. O,layihənin 45 milyard dollara başa gələcəyini, Azərbaycan qazının Avropa istehlakçılarına 2019-cu ildən başlayaraq çatdırılacağını xatırladıb.

Şefçoviçin sözlərinə görə, Ukraynanın şərqindəki münaqişə Avropa İttifaqını məcbur edib ki, enerji təchizatı mənbələrinin diversifikasiya olunmasını sürətləndirsin. O, Aİ-nin hər yay qarşıdakı qışda enerji daşıyıcılarının nəqlinin dayanması təhlükəsindən narahatlıq keçirdiyini və artıq bundan bezdiyini deyib. 

Şefçoviç ötən həftə Cənub Qaz Dəhlizinə dair Məşvərət Şurasının Bakıda keçirilən birinci iclasında iştirak edib. Azərbaycan prezidenti İlham Əliyev bundan əvvəl Münhen təhlükəsizlik konfransında iştirakı zamanı bəyan etmişdi ki, Cənub Qaz Dəhlizinin iştirakçısı olan Avropa ölkələri bürokratik əngəlləri tez aradan qaldırmalı və layihənin həyata keçirilməsində ləngimələrə yol verilməməlidir.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam