Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Səkkizayaqlı “inkubator” ilbizlər- Alimlərdən dünyada bir ilk

Hazırda mütəxəssislər molyuskların gövdə hüceyrələri üzərində işləyirlər

 

Yenixeber.org: İspaniya alimləri dəniz “inkubatoru” şəraitində səkkizayaqlı ilbiz balaları yetişdirməyə müvəffəq olublar.

İspaniya Milli Okeanoqrafiya İnstitutunun Viqoda (Qalisiya əyaləti) və Kanar adalarında yerləşən laboratoriyalarında çalışan mütəxəssislər bu uğura imza atmaq üçün 60 illik yol qət ediblər. İndi onlar qeyri-sərbəst şəraitdə səkkizayaqlı ilbiz yetişdirilməsi metodunu patentləşdirmək üçün müraciət ediblər. Alimlər hesab edirlər ki, bundan sonra dəniz məhsulları istehsalının bu sahəsi qarşısında gözəl perspektivlər açılır.

”GCiencia” elmi jurnalında dərc olunmuş məqalədə deyilir ki, Yaponiya, ABŞ və başqa ölkələrin alimləri də başıayaqlıların bu növünün yetişdirilməsinin həlli üzərində uzun illərdir baş sındırırlar, amma ispanlar hamını qabaqlayıblar.

Hazırda bu patenti əldə etməyə bir nömrəli namizəd İspaniyanın ən iri balıqçılıq və balıqyetişdirmə şirkəti olan “Pescanova”dır.

Səkkizayaqlı ilbizlərə qida sənayesi ilə bərabər, hərbçilər də böyük maraq göstərirlər. Hazırda ABŞ və Kanada mütəxəssisləri molyuskların gövdə hüceyrələri üzərində işləyirlər. Alimlər hesab edirlər ki, bu tədqiqatlar sayəsində ətraf mühitin təsiri ilə öz rəngini dəyişən parça hazırlamaq və bu cür parçadan kamuflyaj geyinmiş insanı praktiki olaraq gözəgörünməz etmək mümkün olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam