Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Ermənilər sabah dəfn mərasimi keçirəcəklərini bəyan edirlər

 

ermeni

    Noyabrın 12-də Azərbaycan Ordusunun vurduğu hərbi vertolyotda ölən ekipaj üzvlərinin dəfni sabah keçiriləcək.

   "Xeberinfo.com": Tert.am saytının məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildiriblər. Mərasim kilsədə olacaq, amma mənbə bildirib ki, hansı kilsədə olacağı dəqiqləşməyib.

Ermənistan tərəfi bəyan edir ki, bir ekipaj üzvünün cəsədini, ikisinin cəsədinin qalıqlarını “xüsusi əməliyyat nəticəsində Azərbaycan Ordusunun intensiv atəşi altında olan” hadisə yerindən götürə bilib. Ermənistanda “gözəgörünməz” bu əməliyyat barədə məlumat bayram əhval-ruhiyyəsində qarşılanıb.

Lakin Azərbaycan Müdafiə Nazirliyi vurulmuş vertolyotun qalıqları olan ərazidə hər hansı əməliyyat keçirildiyini təkzib edir.

İki gün ərzində Ermənistan Müdafiə Nazirliyi cəsədlərin götürüldüyünə dair heç bir sübut təqdim etməyib. Təqdim olunan videokadrlarda isə bir erməni hərbçisinin cəsədi görünsə də, onun üzü bağlanır.

Azərbaycan Müdafiə Nazirliyi hələ ki, Ermənistan hərbi rəhbərliyinin yeni bəyanatlarını şərh etməyib.

Bu baxımdan, ermənilərin sabaha planlaşdırılan dəfn mərasimində kimi və ya nəyi dəfn edəcəkləri maraqlıdır. İstisna deyil ki, vertolyotun vurularaq yanması nəticəsində cəsədlərin onsuz da yandığını düşünən Ermənistanın hərbi-siyasi rəhbərliyi, həm öz cəmiyyətlərinə müəyyən qədər təskinlik vermək, həm də Azərbaycan Ordusunda çaşqınlıq yaratmaq üçün “xüsusi əməliyyat” oyununu uydurublar və yalançı dəfn mərasimi keçirmək niyyətindədirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam