Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Erməni tərəfi vurulan vertolyotdan cəsədləri götürmək üçün kömək istədi

Erməni tərəfi vurulan vertolyotdan cəsədləri götürmək üçün kömək istədi

 

 

    Erməni tərəfi noyabrın 12-də Azərbaycan ordusu tərəfindən təmas xəttinin Ağdam istiqamətində vurulan Mi-24 hücum vertolyotunun heyət üzvlərinin cəsədlərini götürmək üçün Beynəlxalq Qırmızı Xaçdan kömək istəyib.
   "Xeberinfo.com": Virtualaz.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan “Azərbaycan mövqelərindən vertolyotun düşdüyü ərazinin bütün gecə boyu atəş altında saxlanıldığını, bu üzdən cəsədləri götürməyin mümkün olmadığını” bildirib. Onun sözlərinə görə, hazırda da vertolyotun düşdüyü ərazi atəş altında saxlanılır, həmin ərazi Azərbaycan ordusunun mövqelərinə yaxın olduğundan ermənilər vertolyotun qalıqlarına yaxınlaşa bilmir.
Qondarma “DQR müdafiə naziri” Movses Akopyan isə erməni KİV-lərinə bildirib ki, erməni tərəfi vertolyotun pilotlarının cəsədlərinin qaytarılmasında vasitəçilik etmək üçün Beynəlxalq Qırmızı Xaçdan kömək istəyib. Onun sözlərinə görə, vertolyot Azərbaycan ordusunun mövqelərinə yaxın ərazidə düşüb və bu səbəbdən erməni tərəfinin cəsədləri götürmək imkanı yoxdur. Çünki qarşı tərəf ərazini atəş altında saxlayır. Məhz bu səbəbdən kömək üçün Beynəlxalq Qırmızı Xaça müraciət edilib.
Beynəlxalq Qırmızı Xaçın Xankəndi missiyasından bildiriblər ki, erməni tərəfinin bu müraciəti əsasında vasitəçiliyə başlamağa hazırdır.
Ermənistan müdafiə nazirinin müavini David Tonoyan isə bu gün hökumətin iclasında iştirakından sonra jurnalistlərin vertolyotla bağlı suallarına cavab verməkdən imtina edib. “Bu insidentlə bağlı lazımsız fərziyyələrə əsas yoxdur” deyə Tonoyan əsəbi şəkildə jurnalistlərdən uzaqlaşıb.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Mi-24 vertolyotunun Azərbaycan ordusunun hərbçiləri tərəfindən vurulma anını əks etdirən videokadrlarla tanış olub və iddia edir ki, bu kadrlar rəsmi Bakının əvvəl verdiyi bəyanatı təkzib edir. Artsurun Ovanisyan deyir ki, kadrlardan vertolyotun Azərbaycan mövqelərinə hücum etmədiyi, “təlim-məşq uçuşları keçirdiyi” görünür. Həmçinin vertolyot təmas xəttini keçməyib.
Göründüyü kimi vertolyotun Azərbaycan ordusunun ön xəttə yerləşən döyüş mövqeləri üzərində alçaqdan uçaraq dəfələrlə manevr etdiyini açıq şəkildə göstərən kadrlar da erməni tərəfinin həyasız israrlarını dayandırmağa kömək etməyib. Əgər Ermənistan ordusunun iki Mi-24 hücum vertolyotundan ibarət döyüş cütlüyü Azərbaycan ordusunun mövqelərinə birbaşa hücum etməsə belə açıq-aşkar ordumuzun mövqeləri üzərində manevrlər edir. Düşmən vertolyotları bilavasitə Azərbaycan ordusunun postunun üzərində uçur, hədələyici manevrlər edir və belə vəziyyətdə vertolyotların vurulmaması hərbi nöqteyi-nəzərdən heç cür izahediləbilən olmazdı. Hərbi qaynaqlar bildirir ki, erməni tərəfi indiyə qədər də işğal altındakı ərazilərdə keçirdikləri təlimlərdə vertolyotlardan istifadə edib, lakin düşmən vertolyotları həmişə təmas xəttindən xeyli aralıda uçurdu. Görünür Ermənistan son günlər keçirdiyi irimiqyaslı təlimlər çərçivəsində Azərbaycan tərəfinə psixoloji təsir göstərməyə ümid edərək vertolyotların təmas xətti boyu manevrlərinə cəsarət edib və layiqli cavabını alıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam