Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistan Goranboydakı itkilərini təsdiqlədi: 3 ölü, 4 yaralı

 

Bu dəqiqələrdə Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” təmas xəttinin Goranboy rayonu istiqamətində erməni ordusunun ciddi itki verdiyini təsdiqləyib.

"Xeberinfo.com":  Virtualaz.org saytı xəbər verir ki, erməni tərəfinin məlumatına əsasən martın 19-da, saat 08:30 radələrində Azərbaycan ordusunun gücləndirilmiş xüsusi təyinatlı dəstəsi Goranboy rayonunun şimal istiqamətindən diversiya həmləsi həyata keçirib.

2 saata yaxın davam edən döyüş zamanı erməni ordusunun 3 hərbçisi-Akop Qaqikoviç Xaçatryna (1996-cı il), Eduard Qaqikoviç Ayrapetyan (1995-ci il) və Arşak Karenoviç Arutyunyan (1995-ci il) öldürülüblər. Daha 4 erməni hərbçisi yaralanıb.

Qondarma rejimin “müdafiə nazirliyi” iddia edir ki, erməni bölmələri köməyə əlavə qüvvələrin gəlməsindən sonra hücum edən xüsusi təyinatlıları geri oturdublar, bundan sonra onları təqib ediblər və qrupu “məhv ediblər”.

Döyüşlərin detalları və “maddi sübutlar” haqda daha sonra məlumat veriləcəyi bildirilir. Azərbaycan Müdafiə Nazirliyi hələlik baş verənlərə şərh verməyib.

*   *   *16:06

News.am saytı da Ermənistan ordusunun təmas xəttində gedən döyüşlərdə itki verdiyini təsdiqləyir.

Saytın yazdığına görə, “Dağlıq Qarabağ ordusu”nun hərbçiləri arasında yaralılar var, hazırda onların üzərində cərrahiyyə əməliyyatı gedir.

“Pastinfo” saytı isə döyüşlərdə 3 erməni hərbçisinin öldürüldüyünü təsdiqləyib. Hələlik Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı qondarma rejim təmas xəttində baş verənlərə dair şərh vermir.

*   *   *15:34

Ermənistanın tert.am agentliyinin yaydığı məlumata görə Azərbaycan ordusunun xüsusi təyinatlıları martın 15-dən 16-na keçən gecə Qarabağda, Talış kəndi istiqamətində erməni qüvvələrinin mövqelərinə həmlə edib.

Virtualaz.org saytı erməni mətbuatına istinadən xəbər verir ki, erməni tərəf həmləni “vaxtında” aşkar edib və xüsusi təyinatlılarla döyüş başlayıb. Yarım saat davam edən döyüş zamanı Ermənistan ordusunun üç hərbçisi öldürülüb, yaralılar var.

Sayt yazır ki, Ermənistan Müdafiə Nazirliyi əsgər analarının haqlı qəzəbindən qorxaraq bu itkiləri açıqlamır.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam