Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Erməni generalından etiraf

 

Qarabağdakı düşmən ordusunun generalı noyabrın 12-də təmas xəttinin Ağdam istiqamətində vurulan Mi-24 vertolyotunun Azərbaycan mövqelərinə həmlə etdiyini təsdiqləyib.

 

"Xeberinfo.com": Məlumata görə qondarma “DQR-in müdafiə naziri” Movses Akopyan bu gün Azərbaycanın işğal altındakı ərazilərində keçirilən “Birlik-2014” hərbi təlimlərinin gedişində jurnalistlərlə söhbəti zamanı bu etirafla çıxış edib. 

 

“Vertolyot düşmən mövqelərindən cəmi 20 metr məsafədə vurulub. Hazırda həmin əraziyə yaxınlaşmaq mümkün deyil. Biz Beynəlxalq Qırmızı Xaça müraciət edərək ekipaj üzvlərinin taleyinin aydınlaşdırılmasını xahiş etmişik. Təşkilat cavab verib ki, hazırda bu məsələ ilə məşğuldur” deyə Akopyan bildirib.

 

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi israrla bildirirdi ki, vertolyot Azərbaycan ordusunun mövqelərinə yaxınlaşmayıb və təhlükəli manevrlər etməyib, yalnız təlim-məşq uçuşları həyata keçirib. Lakin indi düşmən qüvvələrinin generalının vertolyotun Azərbaycan mövqelərindən cəmi 20 metr məsafədə vurulduğunu etiraf etməsi erməni tərəfinin bütün arqumentlərini heçə endirir. Əgər düşmənin Mi-24 hücum vertolyotları Azərbaycan silahlı qüvvələrinin mövqelərinin cəmi 20 metrliyinə yaxınlaşırsa bu, hücum deyil bəs  nədir?

 

Qeyd edək ki, bundan əvvəl vertolyotun vurulmasını əks etdirən videokadrlarda da iki Mi-24 vertolyotunun Azərbaycan ordusunun postlarının bilavasitə üzərində, alçaqdan uçaraq manevrlər həyata keçirdiyi aydın görünürdü.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam