İRAN MÜXALİFƏTİ AKSİYALARA NİYƏ ŞÜBHƏ İLƏ YANAŞIR?–"Etirazları Ruhaninin köhnə rəqibi Rəisi yönəldir" - TƏHLİL
Şahir Şahidsaless
“Middle East Eye” (Böyük Britaniya)
Yenixeber.org: Dekabr 28-dən etibarən İranın ikinci ən böyük şəhəri olan Məşhəddə "Rədd olsun bahaçılıq!" şüarı ilə etiraz aksiyası keçirilir. Etirazlar, məşhur şiə dini elm hövzəsinin yerləşdiyi Qum da daxil olmaqla, bir neçə şəhərə yayılıb.
Nümayişçilər İran daxili işlər nazirinin "qeyri-qanuni toplantılar"dan yayınmaq barədə xəbərdarlığına məhəl qoymayıb. Dekabrın 30-da, gecə Məşhəddə bir polis maşını yandırılıb.
Niyə Məşhəd?
Məşhəd nümayişçilərinin ilk saatlarda səsləndirilən hakim şüar "Ruhaniyə ölüm!" idi.
Buna görə də, İranın mötədil prezidentinə qarşı etirazların Həsən Ruhani və administrasiyasının işini pozmaq üçün sərt tənqidçilər tərəfindən təşkil olunduğuna dair şübhələr var.
Məşhəd ötən ilin may ayında keçirilən prezident seçkilərində Ruhaniyə məğlub olan prinsipçi namizəd, İmam Rza Vəqfinin rəhbəri İbrahim Rəisinin məskunlaşdığı yerdir. Həmçinin Rəisinin qayınatası və şəhərin imam-cüməsi Ayətullah Əhməd Aləmol-hudanın – Ruhaninin ən əzəli rəqiblərindən birinin.
May ayında keçirilən seçkilərdə Rəisi Məşhəddə 903 min, Ruhani 688 min seçici səs qazanıb.
Bu balans Məşhədin Rəisi üçün səs verən yeganə böyük şəhər olması deməkdir.
Vitse-prezident İshaq Cahangiri açıqlamasında aksiyaların Ruhanini məhv etmək üçün sərt siyasət tərəfdarlarının təşkil etməsi ehtimalını dilə gətirib: "Etirazçıları küçəyə çıxardanlar şaxə qalxmış dalğanın altında qala bilərlər".
Cahangirinin sözləri çox önəmli idi. Çünki tezliklə anti-ruhaniçi şüarlar "Diktatora ölüm!”, "Dini nərdivan kimi istifadə etdiniz, insanları məhv etdiniz!", "Suriyanı kənara qoyun, bizim üçün bir şey edin!", " İslam Respublikasını istəmirik" və " Millət yoxsulluqda mübarizə edir, Lider Allah kimi davranır" şüarları ilə əvəz edildi.
1979-cu ildəki inqilabdan sonra tamamilə görünməmiş olan… 1979-cu il inqilabı ilə silinən son şah sülaləsinin dəstəkləyən şüarlar idi.
Yoxsulluq, işsizlik və astronomik korrupsiya
Yoxsulluq, yüksək işsizlik səviyyəsi (rəsmi olaraq 12,7 faiz), astronomik korrupsiya halları, qiymət artımı, milyonlarla insanın əmanətlərinin itirilməsinə gətirib çıxaran saxta maliyyə sxemləri və kasıblarla zənginlər arasındakı uçurumun böyüməsi "İnqilabda iştirak etməklə səhv etmişik!" şüarında əks olunub.
İnqilab Keşikçiləri Korpusunun siyasi orqanı olan “Sobhe Sadeq”in "Xalqın yaşaması Liderin çoxillik narahatlığıdır" adlı hesabatına görə, İran əhalisinin yarısı yoxsulluq həddindən aşağı səviyyədə yaşayır və əhali arasında bərabərsizlik genişlənir.
Korrupsiyanın geniş yayıldığı İranda sərvət yığımı, əsasən, himayəçilik, qohumluq və s. yollarla həyata keçirilir.
İranlıların əksəriyyəti iqtisadi cəhətdən əziyyət çəkir və yaşamaq üçün mübarizə apararkən, Tehranın divarları, məsələn, qlamur həyatı təbliğ edən "İranın zəngin uşaqları"nın reklamları ilə bəzədilib. Hökumət bu zəminə qarşı inqilabçı olduğunu iddia edir, Qərblə müqayisədə, İslam dəyərlərinə (sosial ədalətə) söykəndiyini söyləyir.
Məsələləri daha da pisləşdirən Ruhani və onun komandasının neoliberal iqtisadi sistemə, bununla yanaşı, iqtisadi artımın cəmiyyət üçün təhlükə, bütün problemlərin mənbəyi və zənginlərin yoxsullarla “tay” olması kimi saxta ideyaya tabe olmasıdır.
Hələ avqust ayında Ruhaninin kəşfiyyat naziri Mahmud Ələvi iş adamlarına demişdi: "Əllərinizi öpürəm… Həmkarlarımdan hər hansı biri aktiv iş adamını həbs edərsə, bu, onun karyerasının sonu olacaq”.
İslam Respublikasının bu vəzifəli şəxsi – Ələvi sözünün davamında deyib: "Səxavətimiz cəmiyyətimizə və gəncliyimizə çatdıqca, sizə dua edəcək, təhlükəsizlik və nüfuzunuzu qorumaq üçün əlimizdən gələni edəcəyik".
Mötədil və islahatçıların rəqibləri, yəni mühafizəkarlar bu baxımdan daha yaxşı deyillər. Onlar populist ritorikanı mötədilləri ləkələyən vasitə kimi istifadə edir və iqtisadi cəhətdən zərər çəkənləri müdafiə etmək üçün bircə qanun belə qəbul etməyiblər. Halbuki parlamentdə üstünlüyə malikdirlər.
Etirazlar xalqın qiyamına səbəb olacaqmı?
Etirazlar kütləvi nümayişlərə çevrilməyib. Bunun üç əsas səbəbi var.
Birincisi, sabiq ekssentrik prezident Mahmud Əhmədinejadın mübahisəli 2009-cu il seçkilərindəki aksiyalarından fərqli olaraq, kütləvi üsyanı səfərbər etmək üçün rəhbərlik yoxdur. Həqiqətən də, İranın içərisində və xaricində ehtiyac sahiblərinin dəstəkləyən, hökumətə qarşı çıxacaq lider tapılmır.
2009-cu ildə baş verən iğtişaşlarda “Yaşıl Hərəkat”ın da heç bir iqtisadi tələbi olmayıb.
İkincisi, 2009-cu il nümayişlərində iştirak edən çoxsaylı orta sinif şəhərli xadimlər mövcud hadisələrin təbiətinə şübhə ilə baxırlar. Onlar mühafizəkarların tələsinə düşmək və Ruhaniyə ürəkdən nifrət edən opponentlərinin onu zəiflətmək üçün vasitə kimi istifadə olunmalarını istəmirlər.
Ruhaninin orta sinfin dəstəyi nəticəsində seçkini udduğunu da unutmamalıyıq.
Üçüncüsü, etirazlarla bağlı qarışıq fikirlər var. Aksiyalar iqtisadi çətinliklərə bağlı başladı, onların davamında iqtisadi-siyasi-antidini və antihökumət şüarlar ortaya çıxdı.
İran xalqı, xüsusilə də yoxsulların həyatı daha çətinləşdiyindən, 1979-cu il inqilabından sonra yaranmayan yeni bir siniflə ictimai qəzəbin baş verə biləcəyi ehtimalı var. Bu yeni sinif – "acların hərəkatı" İranın sabitliyinə təhlükə yarada bilər.
Tərcümə: (Strateq)