Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Britaniyada qalmaq istəyən müsəlmanlar xristianlığı qəbul edir

britaniye metbuatiXeberinfo.com:  “The Daily Mail” yazır ki, yüzlərlə iranlı qaçqın Britaniyada qala bilmək üçün dinlərini İslamdan Xristianlığa dəyişir.

Onlar bu yolla Birləşmiş Krallıqdan deportasiya olunmaqdan yaxa qurtarmağa çalışırlar, deyilir məqalədə.

“Yeni xristianlar” bundan sonra iddia edirlər ki, dinlərini dəyişdirdiklərinə görə İranda işgəncə və hətta edama məruz qala bilərlər.

İngiltərə Kilsəsinin rütbəli ruhaniləri son zamanlar Xristianlığı qəbul edən müsəlmanların kəskin artdığını təsdiq ediblər.

Ruhanilər bunların arasında iranlıların həqiqətən də çoxluq təşkil etdiyini deyiblər.

Liverpul dyakonu Peter Wilcox xatırladıb ki, öz uşaqlarını daha yaxşı məktəblərə yazdırmaq istəyən bir çox valideynlər də belə edirlər.

Keşiş deyib ki, motivlər müxtəlif ola bilər və insanın ürəyindəki yalnız Allaha məlumdur.

“Odur ki, biz heç kimin qarşısına hasar çəkmirik. Övladına yaxşı təhsil ocağı istəyən valideyni peşman qaytarsan, başqa yerə gedəcək, qaçqını peşman qaytarsan deport olunacaq”.

Dyakon bildirib ki, bu iki təbəqəyə ikili yanaşma ola bilməz və Allahın qarşısında hamı birdir.

Ruhani ata “The Sunday Times” qəzetinə deyib: “Jemimanın xaçaçur istəyini rədd etsən başqa yerdə məktəb tapacaq, Məhəmmədi xaç suyuna çəkməsən, deportasiya edəcəklər”.

Keşiş Wilcox deyib ki, son dörd ildə onun kilsəsində 200-dək qaçqın dinini dəyişib xristian olub.

O bunu da əlavə edib ki, onun təcrübəsində artıq Britaniya vətəndaşlığı olan hər hansı müsəlmanın Xristianlığa keçməsi olmayıb.

Keşiş bildirib ki, Xristianlığa pənah gətirmək sığınacaq almaq istəyənlərin şanslarını xeyli artırır, beləki bundan sonra onların müsəlman ölkəsinə qayıtması mümkün olmur.

Liverpul kilsəsində Xristianlığı qəbul etmək istəyənlər beş həftəlik kurs keçir və xaçaçur edilməzdən əvvəl Xristian mərasimlərində iştirak edirlər.

“The Daily Mail” yazır ki, Almaniyada da yüzlərlə iranlının Xristianlığı qəbul etməsi müşahidə olunur. Orada da əsas motiv mümkün deportasiyadan yayınmaqdır.

Britaniya Daxili İşlər Nazirliyi bildirib ki, Xristianlığın qəbulu avtomatik olaraq sığınacaq verilməsini təmin etmir.

DİN-in sözçüsü bildirib ki, kilsənin xaçaçur barədə verdiyi arayış birbaşa sığınacaq verilməsinə qarantiya yaratmır, lakin əlbəttə, sığınacaq işlərinə baxarakən bütün sənədlər kimi nəzərə alınlır. (BBC azeri)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam