Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Medvedçukdan Zelenskiyə dair şok İDDİA –“ABŞ-a qaçmağa hazırlaşır”

 

“Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dakı ağalarının yanına qaçmağı planlaşdırır”.

Yenixeber.org xəbər verir ki, bu fikri Ukraynada qadağan edilmiş “Müxalifət Platforması - Həyat Naminə” partiyasının keçmiş lideri, hazırda “Başqa Ukrayna” hərəkatına rəhbərlik edən Viktor Medvedçuk deyib.

Onun sözlərinə görə, Zelenski bu üzdən Ukraynanı Rusiya ilə hərbi münaqişəyə cəlb edir, ölkəni Qərbin hərbi texnikası üçün sınaq meydançasına çevirir, Moskva ilə danışıqlar aparmaqdan boyun qaçırır.

Smotrim.ru platformasındakı köşə yazısında o, qeyd edir ki, bu yaxınlarda ABŞ-ın Zelenskini qorumaq üçün plan hazırladığı, onun ailəsinə Floridada 20 milyon dollarlıq malikanə və ABŞ vətəndaşlığı veriləcəyi barədə məlumat yayılıb. “Zelenski Ukraynadan qaçmaq üçün plan hazırlayır. Ölkə daxilində onun reytinqi düşür, Qərb artıq pul vermək istəmir, bu nə müharibəyə, nə də sülhə lazım deyil. Burada onu hesab ayağına çəkməliyik. B planı işləyir, Zelenskinin sahibləri onu xilas edəcəklərinə söz verirlər”, - Medvedçuk yazır.

Medvedçuk vurğulayır ki, Rusiya ilə hərbi münaqişə istənilən ölkə üçün sərsəm macəradır, ona görə də heç bir NATO ölkəsi döyüşə qarışmağa çalışmır. “Lakin Zelenski nəinki bu macəraya can atdı, həm də onu bütün mərhələlərdə fəal şəkildə təbliğ etdi. Zelenski bu münaqişənin mövcud olması üçün hər şeyi etdi, sonra isə onun tezliklə bitməsinin qarşısını almaq üçün hər şeyi etdi”, - Medvedçuk yazır.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan qısa müddət sonra Viktor Medvedçuk Kiyevdə “vətən xaini” kimi həbs edilmişdi. O, RF prezidenti Vladimir Putinlə yaxın dost olduğu üçün sonrada Rusiya onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəsilə Ukraynadan aldı, daha dəqiqi, Medvedçuku əsir düşmüş “Azov” komandirləri ilə dəyişdirdilər.(Musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam