Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Britaniya təhdid etdi: -“Bizdən xəbərsiz Ərdoğanla...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şotlandiya Baş naziri Həmzə Yusif arasında keçirilən görüş Britaniyada müzakirə mövzusuna çevrilib.

Yenixeber.org xəbər verir ki, görüş Dubayda (BƏƏ) keçirilən Ümumdünya İqlim Fəaliyyəti sammiti (COP28) zamanı baş tutub.

Britaniya xarici işlər naziri Devid Kemeron krallıq rəsmilərinin görüşdə iştirak etmədiyini əsas gətirərək Yusifi təhdid edib. O, Ərdoğanla görüşə görə Britaniya Xarici İşlər Nazirliyinin Şotlandiyaya verdiyi dəstəyi geri götürə biləcəyini söyləyib.

Şotlandiya hökumətinə məktub göndərən Kemeron Baş nazir Həmzə Yusifin Türkiyə lideri ilə Qəzza və digər məsələləri müzakirə etməsinin “protokol pozuntusu” olduğunu bildirib.

Kemeron belə pozuntulara qarşı daha sərt yanaşacağı barədə xəbərdarlıq edib.

Məktubda vurğulanır ki, Şotlandiya hökuməti Britaniya Xarici İşlər Nazirliyini Ərdoğanla görüşlə bağlı əvvəlcədən xəbərdar edəcəyinə dair təminat verib, amma bu baş verməyib.

Şotlandiya hökumətinin sözçüsü ən azı bir britaniyalı rəsminin görüşdən xəbərdar olduğunu və dəvət edildiyini deyib:

“COP28 kimi hadisələrin təbiətinə görə vaxtlar son anda dəyişə bilər. Türkiyə prezidentinin görüşə hazır olduğu vaxt Xarici İşlər Nazirliyinin nümayəndəsi başqa yerdə olub”.

Britaniyanın keçmiş xarici işlər naziri Ceyms Kleverli Yusif yayda krallıq rəsmilərinin iştirakı olmadan İslandiya Baş naziri Katrin Yakobsdottirlə görüşəndə ​​də oxşar xəbərdarlıq etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam