Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Barmaqlarını, ayaqlarını və gülüşlərini sığortalayan məşhurlar... - Fotolar

 

Bəzi məşhurlar səsləri və bədənləri ilə pul qazanırlar. Belə ki, bunun üçün onlar bədənlərinin ən dəyərli hissələrini sığortalamağa qərar veriblər.

Yenixeber.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sığorta xərclərinin milyonlarla dollara çatdığı siyahıda müğənnilər, futbolçular və aktyorlar var.

2013-cü ildə futbolla vidalaşan əfsanəvi futbolçu Devid Bekhem 2006-cı ildə ayaqlarını 140 milyon dollara sığorta etdirib.

Məşhur musiqiçi Bruce Springsteen səsini 6 milyon dollara sığortalayıb.

Hazırda Səudiyyə Ərəbistanı liqasında çıxış edən portuqaliyalı futbolçu Kriştiano Ronaldo üçün keçmiş klubu Real Madrid 2009-cu ildə məşhur futbolçunun ayaqlarını 144 milyon dollara sığortaladıqlarını açıqlamışdı.

Dünya ulduzu Rihanna 2007-ci ildə bir brend tərəfindən ən gözəl ayaqlı məşhur seçilib. Onun verdiyi qərarla ayaqları 1 milyon dollara sığortalanıb.

Məşhur pop ulduz Madonnanın sinəsi 2 milyon dollar dəyərindədir.

Holli Medison isə sinəsini 1 milyon dollara sığortalayıb.

Məşhur aktrisa Culiya Robertsin təbəssümü 30 milyon dollar dəyərindədir.

“The Rolling Stones” qrupunun baş gitaraçısı Keith Richardsın əlləri 1,6 milyon dollara sığortalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam