Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Zavod rəhbərliyi iş zamanı barmaqlarını itirən işçiyə kompensasiya ödəmir -VİDEO

is zamani barmaqlarini itirdi

 

On il əvvəl işdə barmağını itirən şəxs bunun əmək prosesi zamanı başına gəldiyini sübut etdirə bilmir.

 

Yenixeber.org:   Xezerxeber-ə istinadən xəbərə görə, hadisə Sumqayıt sakini İftixar Ağayevin başına gəlib. O, 10 il əvvəl işlədiyi “Azbentonit” zavodunda 4 barmağını itirib.

İftixar Ağayev deyir ki, hadisədən sonra huşunu itirib. Onu zavodun əməkdaşları xəstəxanaya aparıblar. Həkimlərə bildiriblər ki, hadisə onun başına evdə şüşə kəsərkən gəlib.

İndi bu şəxs hüquqlarının bərpa olunmasını, bu hadisənin onun başına iş prosesi zamanı gəldiyini təsdiq edilməsini istəyir. Ancaq zavod rəhbərliyi bundan boyun qaçırır.

Məsələni araşdırmaq üçün hadisənin baş verdiyi ünvana getdik. Məlum oldu ki, zavodun adı bir müddətdir dəyişdirilib. Zavod indi ”Qarant” MMC adı altında fəaliyyət göstərir.

Şirkətdən bildirildi ki, İftixar Ağayev bu məsələ ilə bağlı bir neçə dəfə aidiyyatı orqanlara müraciət edib. Ancaq onun başına belə bir hadisənin zavodda iş qəzası zamanı gəldiyi təsdiqini tapmayıb. Yəni, həmin şəxsə zavod tərəfindən hər hansı kompensasiyanın verilməsindən söhbət gedə bilməz.

Ekspertlər deyirlər ki, İftixar Əliyev məsələ ilə bağlı yenidən məhkəməyə müraciət edə bilər. Bunun üçün onun yetərli dəlilləri və şahidləri olmalıdır. Əgər məhkəmə vasitəsi ilə onun sağlamlığına dəyən ziyan təsdiqini tapsa, bu zaman şirkət kompensasiya ödəməyə borcludur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam