Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

HƏMAS bunun əvəzini ağır ödəyəcək - İsrail

 

HƏMAS təşkilatı bu hərəkətlərinin əvəzini ağır ödəyəcək.

Yenixeber.org xəbər verir ki, bu fikirlər İsrail Xarici İşlər Nazirliyinin X səhifəsindəki paylaşımında yer alıb.

Bildirilib ki, HƏMAS təşkilatı raketlərin atılması və Qəzza zolağından İsrail ərazisinə yaraqlıların sızması da daxil olmaqla, birgə hücum həyata keçirib. Ancaq İsrail ordusu mülki İsrail vətəndaşlarını müdafiə edəcək.

Nazirlik mülki şəxsləri Milli Fövqəladə Hallar Portalında yerləşdirilən xüsusi təlimatlara uyğun hərəkət etməyə və sığınacaqlara yaxın qalmağa çağırıb. Qəzza zolağının ətrafındakı bölgələrdə yaşayan sakinlərdən isə evlərində qalmaları istənilib.

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Təl-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam