Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

BP:İran çirklənmiş yanacaq istehlakını və istixana qazları istehsalını artırıb

İranda ötən il qaz istehlakının və su enerjisi istehsalının azalması fonunda ölkənin neft və çirklənmiş yanacaqlar istehlakı əhəmiyyətli dərəcədə çoxalıb.
Yenixeber.org: Dünyanın neft nəhənglərindən biri olan Britaniyanın BP (Britiş Petroleum) şirkətinin qlobal enerji statistikası ilə bağlı yeni illik hesabatında belə məlumat yer alıb.
Hesabata əsasən, İranın neft məhsulları istehlakı ötən il 2021-ci illə müqayisədə 10%-dən çox artıb. Eyni dövrdə İranın qaz istehlakı 3%-dən çox, su elektrik enerjisi istehsalı 2 dəfə azalıb. Bərpa olunan enerji istehsalının həcmi isə dəyişməyib.
Qaz istehlakının əhəmiyyətli dərəcədə azalmasının əsas səbəbi İranın son illər qışda qaz çatışmazlığı böhranı ilə üzləşməsidir. Nəticədə İran sənaye və elektrik stansiyalarında geniş həcmdə mazut yandırmağa başlayıb ki, bu da havanın ciddi şəkildə çirklənməsini şərtləndirib.
BP-nin statistikasına görə, ötən il hasilatın eyni mərhələsində qaz toplama avadanlığının yarısının işləməməsi səbəbindən İran neft yataqlarından hasil edilən 18,5 milyard kubmetr qazı yandırmaqla israfçılığa da yol verib. Bu rəqəm isə İranın ümumi qaz hasilatının 5%-dən çoxuna bərabərdir.
Havanın çirklənməsinin və qlobal istiləşmənin ən mühüm səbəbi olan istixana qazlarının emissiyası baxımından İran Çin, Amerika, Hindistan, Rusiya və Yaponiyadan sonra dünyada altıncı yerdədir.
Yeri gəlmişkən, hələ bir neçə il əvvəl İranın Səhiyyə nazirliyinin havanın qorunması və iqlimin dəyişməsi departamentinin rəhbəri Abbas Şahsuni havanın çirklənməsi nəticəsində ildə təxminan 42 min insannın öldüyünü açıqlamışdı.
Hesabatda İranda bütün mənbələrdən ötən il elektrik enerjisi istehsalının təxminən 348 terawatt saat təşkil etiyi və bunun əvvəlki illə müqayisədə 1% artımdan az olduğu bildirilir. Son bir neçə ildə elektrik enerjisi istehsalının artım planlarının yerinə yetirilməməsi onun ilin isti mövsümlərində kəskin çatışmazlığına səbəb olur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam