Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Esse yarışının qalibləri mükafatlandırıldı - Nərimanovda (FOTOLAR)

         Bu gün Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında “Əsrin müqaviləsinin” 22 illiyinə həsr edilmiş məktəblilər arasında esse yarışının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Xeberinfo.com:   Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin müəllim və şagird heyəti iştirak etmişdi.

Mükafatlandırma mərasimini giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbir iştirakçılarını salamladı, qalib gəlmiş şagirdləri təbrik etdi və vurğulayıb ki, "Əsrin müqaviləsi"Azərbaycanın həm siyasi, həm də iqtisadi həyatında mühüm rol oynayıb: “Bu müqavilənin Azərbaycan tarixində istər iqtisadi, istərsə də siyasi aspektdə əhəmiyyəti olduqca böyükdür. Məhz, bu müqavilənin imzalanması ilə Azərbaycan qısa zaman kəsiyində iqtisadi inkişaf yoluna qədəm qoydu, ölkəmizə xarici investisiyalar cəlb edildi, beynəlxalq arenada ölkəmizin nüfuzu artdı”.

Sonra “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova və “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı çıxış edərək bildiriblər ki, 18 oktyabr 1991-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra  bir sıra beynəlxalq müqavilələr imzalayıb, amma “Əsrin müqaviləsi”nin imzalanması məhz Azərbaycan iqtisadiyyatını irəliyə doğru aparan amillərdən biri oldu: “Azərbaycan iqtisadiyyatının dirçəldilməsində bu kontraktın böyük əhəmiyyəti var. Eyni zamanda, bu kontraktın imzalanmasından sonra ölkəmizin iqtisadi-siyasi mövqeyi və beynəlxalq aləmdə daha da güclənməsi təmin edildi. Bir amili də nəzərə almaq lazımdır ki, “Əsrin müqaviləsi” ölkənin tək iqtisadi perspektivini həll etmədi. Eyni zamanda, siyasi arenada da Azərbaycanın iqtisadi əsaslara söykənən bir dövlət kimi, mövqeyini sübuta yetirdi”.

Daha sonra esse yarışında fərqlənmiş və qalib gəlmiş şagirdlər İdarə tərəfindən müxtəlif dərəcəli diplom və hədiyyələr ilə təltif olunublar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam