Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Əfqanıstandan su tələb edən İran Rusiyaya su satır

Son bir neçə həftədə Hirmənd həmsdərhəd çayının su resurslarına görə Tehranın Kabilə qarşı irəli sürdüyü iddialar hətta insan ölümü ilə nəticələnən sərhəd toqquşmasına da səbəb oldu. Elə bu fonda ciddi içməli su problemi yaşayan İranın Rusiyaya milyonlarla dollar həcmində qablaşdırılmış su staması çox təəccüblü görünür.
Yenixeber.org: İranın Mineral və İçməli su istehsalçıları və ixracatçıları assosiasiyasının katibi Peyman Foruhərə istinadən xəbər verir ki, ötən il İranın ixrac etdiyi 10 milyon dollarlıq qablaşdırılmış suyun 6-7 milyon dollarlıq hissəsi Rusiyanın payına düşüb. Assosiyanın katibi, ümumiyyətlə, içməli su ixaracatın ölkə vətəndaşlarının istehlak tələblərinə ciddi zərbə vurduğunu da diqqətə çatdırıb.
- Hazırda İranda adambaşına qablaşdırılmış su istehlakı təxminən 25 litr, Türkiyədə 150 litr, qonşu ölkələrdə isə 100 litrdən yuxarıdır. Bizim məhsullarımız ev təsərrüfatının iqtisadiyyatından və güzəranından çox asılıdır, ona görə də təbii olaraq, ev təsərrüfatının sıx və inflyasiya şəraitində olduğu zaman, qablaşdırılmış su dərhal ev təsərrüfatının səbətindən çıxarılır”, - Foruhər deyib.
Ölkənin nəhəng içməli su ixracı İranın əhəmiyyətli hissəsinin ciddi içməli su çatışmazlığı ilə üzləşdiyi bir vaxta təsadüf edir. Xüsusilə, Xuzistanla birlikdə Sistan və Bəluçistan əyalətlərinin vəziyyəti kritik qiymətlədirilir, ölkə kəndlərinin 20%-i isə milli su şəbəkəsinə çıxışdan məhrumdur.
Belə acınacaqlı vəziyyət fonunda şirin (içməli) su ehtiyatlarına görə dünyada ikinci yeri tutan Rusiyaya (birinci yer Braziliyaya məxsusdur) qablaşdırılmış içməli su satması ən azı təəəccüblü görünür. Çünki Rusiyanın içməli su ehtiyatları bu göstərici üzrə dünya ölkələri arasında 58-ci yeri tutan İranın resurslarından 33 dəfə çoxdur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam