Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Priqojin vaqnerçiləri güllələyən rus polkovniki ifşa etdi -VİDEO

Yenixeber.org: Görüntülərdə Roman Venevitin adlı komandirin dindirilməsi əks olunub. O, etiraf edir ki, Priqojinin hərbi qurumuna qarşı şəxsi düşmənçiliyi olub və o alkoqollu içkinin təsiri altında vaqnerçilərə məxsus avtomobilə atəş açıb.
Yüksək rütbəli zabit həmçinin Priqojinin əsasən "ZEK"lərdən ibarət olan yaraqlılarının bir qrupunu tərksilah da edib.
Qeyd edək ki, Yevqeni Priqojin son günlərdə vaqnerçilərlə Müdafiə Nazirliyinin bölmələri arasında davam edən gərginliklər barədə dəfələrlə məlumat yayıb. "Vaqner" rəhbəri əsasən müdafiə nazirinə qarşı sərt çıxışları ilə seçilir.
Qeyd edək ki, "Vaqner" ÖHŞ Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojinin idarə etdiyi qeyri-rəsmi silahlı birləşmələrdən ibarətdir. Qrupa daxil olan muzdluların Konqo Demokratik Respublikası, Sudan, Suriya, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (MAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir. Bəzi məlumatlara görə, onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.

Priqojin "Putinin aşpaz"ı ləqəbini də alıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam