Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Çin Talibanla razılaşdı -Uçuşlar başlayır

Əfqanıstan və Çin mayın 24-dən ölkələr arasında birbaşa uçuşlara başlayacaq.  

Yenixeber.org:  Bu barədə Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Kahar Bəlxi məlumat verib.  

Qərar Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Möttəki ilə Çinin Kabildəki səfiri Vanq Yu arasında keçirilən görüşdən sonra qəbul edilib. 

“Səfir bildirib ki, Çin Əfqanıstanla normal münasibətlər saxlayır və bunu daha da gücləndirməyə hazırdır. O əlavə edib ki, Əfqanıstan-Çin birbaşa uçuşları mayın 24-də başlayacaq”, - Bəlxi "Twitter" hesabında yazıb.  

O, hansı aviaşirkətlərin uçuşlara başlayacağını və digər detalları açıqlamayıb. 

Əmir Xan Möttəki "Twitter" hesabında Çin və Əfqanıstan arasında uçuşların başlanmasını “münasibətləri gücləndirmək üçün yaxşı fürsət” adlandırıb. O, həmçinin Pekini ölkələr arasında viza rejimini sadələşdirməyə çağırıb. 

Xatırladaq ki, may ayında Çin, Pakistan və Taliban Əfqanıstanı Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə daxil etmək barədə razılığa gəliblər. "Bloomberg" agentliyi yazıb ki bu, Kabilə infrastruktur layihələrini maliyyələşdirmək üçün milyardlarla investisiya cəlb etməyə imkan verə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam