Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Quterreş:"Ukrayna-Rusiya arasında sülh danışıqları hələlik mümkünsüzdür"

"Rusiya və Ukraynanın yaxın gələcəkdə münaqişənin həlli üçün dialoqa başlama ehtimalı yoxdur".
Yenixeber.org: Bunu "El Pais"ə müsahibəsində BMT-nin baş katibi Antonio Quterreş deyib.
O qeyd edib ki, danışıqlar prosesinə başlamaq üçün hələlik ilkin şərtləri görmür.
“Təəssüf ki, hazırda sülh danışıqlarının mümkünsüz olduğuna inanıram. Hər iki tərəf hazırkı vəziyyətdən qalib çıxa biləcəklərinə əmindir <…> Bizim gördüyümüz iş, mümkün olduğu qədər, konkret problemlərin həlli üçün hər iki tərəflə dialoqdur”, - Quterreş izah edib.
BMT baş katibinin qeyd etdiyi kimi, münaqişə fonunda atılan mühüm addım hazırda iflasa uğramaq təhlükəsi ilə üz-üzə olan taxıl sazişi olub. O, həmçinin əlavə edib ki, təşkilat razılaşmanın Rusiya hissəsinin həyata keçirilməsi üçün mümkün olan hər şeyi etməklə vəziyyəti xilas etməyə çalışır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam