Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Rusiya S-300-ləri İrana göndərir

bitmap-img6


"Tehrana verəcəyimiz raketləri müasirləşdiririk"

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putinin hərbi məsələlər üzrə müşaviri Vladimir Kozin bildirib.
O deyib ki, S-300 havadan müdafiə sistemləri İrana verilməmişdən əvvəl təkmilləşdiriləcək. Çünki əsas müqavilə çoxdan imzalanıb. Yaxın vaxtlarda raketlər göndəriləcək. Hərbi müşavir, raketlərin İrana nə vaxt çatdırılacağı barədə dəqiq tarix verməyib.
Ümumiyyətlə, Rusiya Qərbin təzyiqi altında 2010-cu ildə bu müqaviləni ləğv edib. Ancaq İranla dünya gücləri aralıq sazişi əldə edəndən sonra, bu ilin aprelində qadağanı götürüb. Moskva İrana sanksiyalar yumşaldılandan sonra iqtisadi və ticari faydalar götürməyi hədəfləyir.
Tehran ilkin olaraq bu müasir yer-hava tipli raketlərin çatdırılmasını ilin sonuna gözləyir. BMT 2010-cu ildə satışı qadağan edib, ancaq 2015-ci ilin apreldə Tehran Qərblə ilkin nüvə razılaşması əldə edəndən sonra qadağa götürülüb.
Vaşinqton və İsrail bu məsələdə narahatlıqlarını ifadə edir və Rusiya-İran razılaşmasını kəskin pisləyir. Çünki əsas narahatlıq ondan ibarətdir ki, İran S-300 raketlərini alarsa, Yaxın Şərqdə əməliyyat aparan təyyarələri çox asanlıqla vura bilər. 
Rusiya BMT-nin sanksiyalarına görə 2010-cu ildə S-300 raketlərinin İrana göndərilməsini dayandırıb. Rusiya prezidenti Vladimir Putin bu ilin aprelində İranın nüvə proqramı ilə bağlı sazişi imzaladıqdan sonra bu qadağa aradan qalxıb. Rusiyanın bu addımı ABŞ və İsrail tərəfindən tənqidlə qarşılanıb.
Ümumiyyətlə, İran ilk dəfə S-300 almaq barədə 2003-cü ilin noyabrında maraqlanıb. O dövrdə iranlılar Buşer Atom Elektrik Stansiyasının müdafiəsi üçün tədbirləri nəzərdən keçirirdilər. 2007-ci il dekabrın 26-da İranın müdafiə naziri Mostafa Məhəmməd Nadjar "Rosoboroneksport" şirkəti ilə beş ədəd S-300 raket kompleksinin alınması barədə müqavilə imzalandığını açıqlayıb.
2010-cu il iyunun 9-da BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan 1929 nömrəli qətnamə qəbul edib və bununla raket və raket sistemlərinin çatdırılmasına qadağa qoyub. Rusiya Federasiyasının o vaxtkı prezidenti Dmitri Medvedev bu qətnamənin icrası barədə fərman imzalayıb.
İran 2011-ci ildə bildirib ki, S-300-ün çatdırılması BMT TŞ-nın qətnaməsinin təsiri altına düşməməlidir. Çünki, müqavilə sanksiyaların tətbiqinə qədər imzalanıb. Sonra "Rosoboroneksport"u məhkəməyə verib və Rusiya baş tutmayan saziş üçün əvvəlcədən ödəniş kimi verilən 166,8 milyon dolları İrana qaytarıb.
İranın Rusiyadakı səfiri Mehdi Sanai bu il fevralın 10-da bildirib ki, İran müqaviləni qüvvədən düşmüş hesab etmir, S-300 və digər müasir silahların alınmasına ümid bəsləyir.
Rusiya Prezidenti Vladimir Putin də bu il aprelin 13-də İrana S-300-lərin çatdırılmasına qadağanın aradan qaldırılmasına dair fərmanı imzalayıb. Xarici işlər naziri Serqey Lavrov bu qərarı belə izah edib ki, bu addın İran nüvə proqramı ətrafında vəziyyətin nizama salması üzrə danışıqların konstruktiv keçməsi üçün qəbul edilib. 
İsrail hakimiyyəti isə İrana bu sistemlərin çatdırılmasına qoyulan qadağanın ləğvi üzrə Moskvanın qərarına mənfi reaksiya verib. 
Bir sözlə, Rusiya tərəfinin açıqlamasına görə, 2007-ci ildə imzalanmış müqavilə hazırda tamamlanmaq üzrədir. İran isə bildirir ki, S-300 xüsusi müdafiə xarakterinə malikdir və hücum məqsədi üçün planlaşdırılmayıb. Təbii ki, S-300 raketlərinin İrana çatdırılması regionda maraqlarının təhdid altına düşməməsi üçün ABŞ-ı və İsraili qıcıqlandıracaq. (ans)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam