İRAN YENİDƏN REGİONAL GÜCƏ ÇEVRİLİR
Keçən ilin 19 avqust tarixində İran, Rusiya ilə 800 milyon dollar həcmində hava hücumundan müdafiə üçün nəzərdə tutulan zenit-raket batareyalarının alınması məsələsi ilə əlaqədar müqavilə imzaladığını elan etmişdi.
"Xeberinfo.com": Məlumata görə, bu, bir çox kəskin döngələrdən keçən uzunmüddətli prosesin başa çatması idi. Çünki hələ indiki müqavilədən əvvəl də hər iki ölkə arasında razılaşma əldə olunmuşdu. Zenit-raket kompekslərinin İrana satılması ilə bağlı ilkin müqavilə 2007-ci ildə imzalanmışdı. Ancaq 2010-cu ildə Rusiya bu müqavilənin yerinə yetirilməsini BMT Təhlükəsizlik Şurasının 1929 nömrəli qətnaməsinə əsasən birtərəfli qaydada dayandırmışdı. BMT-nin həmin qətnaməsi İrana silah ixrac etməyə qadağa qoyurdu. (Les Echos.fr-saytı-Fransa)
Bu hadisədən dərhal sonra İran kompensasiya üçün Rusiyadan 4 milyard dollar tələb etmişdi (Məsələyə beynlxalq məhkəmə baxırdı). 2015-ci ilin iyul ayında Qərb ölkələri nüvə proqramıyla əlaqədar olaraq, İran İslam Respublikası ilə saziş imzaladılar. Elə həmin sazişin ardından da İran ilə Rusiya arasındakı hərbi əməkdaşlıq sahəsi yenidən bərpa olundu.
İsrail mətbuatının yazdığı kimi, bu müqavilə regiondakı qüvvələr balansını dəyişə bilərmi? Və ya da ki, Amerika prezidentinin güman etdiyi kimi, bu hadisə heç də böyük əhəmiyyət daşımır? İrana veriləcək silahların texniki xüsusiyyəti, onun geosiyasi əhəmiyyəti haqqında təsəvvür yaradır. ”S-300 PMU-1” zenit raketləri Hava Hücumundan Müdafiə sisteminin “yer-hava” sinfinə məxsusdur və özünün yüksək sürətliliyi, həmçinin də etibarlılığı ilə tanınır.
Bu sistem 1970-ci illərdə Sovet İttifaqında işlənib- hazırlanıb və 1990-ci illərdə ixrac üçün modernləşdirilib. Hazırkı kompleks bir çox ölkələr tərəfindən (Əlcazair, Çin və.s) Amerikanın zenit-raket kompeksləri “Patriot” və “THAAD”-a alternativ olaraq istifadə olunur. İndiki silah kompleksləri İrana özünün köhnəlmiş HHM sistemindəki boşluqları doldurmağa kömək etməklə yanaşı, onların İsrail raketlərinə və qırıcılarına qarşı effektli mübarizə aparmasına da geniş imkanlar yaradacaq. Lakin Rusiya tərəfindən İrana verilməsi nəzərdə tutulan “S-300” kompekslərinin sayının cəmi dörd batareyadan ibarət olması, onların geosiyasi çəkisini azaldır. Digər tərfdən isə, bu raketlərin yüksək effetivliyinə baxmayaraq, onlar İsrailin mümkün hava hücumlarının önünü tam olaraq dayandıra bilməz. Bu raketlərin varlığı sadəcə olaraq, İsrailin ehtimal edilən hücumlarını xeyli dərəcədə mürəkkəbləşdirə bilər.
Rusiya istehsalı olan bu raketin maksimal uçuş məsafəsinin 150 kilometrə qədər olması, İranın rəqibi olduğu dövlətlərdən və ilk növbədə isə Səudiyyə Ərəbistanından gələ biləcək təhlükəni sovuşduracağından xəbər verir.
Amma şübhə yoxdur ki, Fars körfəzinin digər sahilindəki ölkələrin xeyli sayda qırıcıları və raketləri qarşısında “S-300”-lər müəyyən mənada simvolik rol oynayırlar.
Rusiya ilə əməkdaşlığın bərpa olunması hesabına, İranı yenidən regional güc kimi tanımağa başlayırlar. Beləki, İran Yəməndə husilər vasitəsilə, Suriyada isə İŞİD-ə qarşı mübarizə aparması ilə özünü regional güc kimi təsdiq etməyi bacarib. Ümumiyyətlə isə, Tehran üçün” S-300” raketləri həyati vacib təhlükəsizlikdən daha çox, hakimiyyət atributudur.
Rusiyanın bugünkü geosiyası statusu paradoksal vəziyyətdədir. Bir tərəfdən Ukrayna böhranı ilə əlaqədar onun üzərinə qoyulmuş sanksiyalar, digər tərəfdən isə karbohidrgenlərin qiymətinin ucuzlaşması Moskvaya ciddi təzyiq göstərir.
Belə təsəvvür yaranır ki, Rusiya diplomatik olaraq təcrid halına salınıb və iqtsadi cəhətdən isə çox mürəkkəb vəziyyətdədir. Bu ilin ikinci rübündə Rusiyanın Ümumi Daxili Məhsulu 4,6 % azalıb. Ancaq bütün bunlara baxmayaraq, bu ölkə dünyanın müxtəlif nöqtələrində öz ambisiyasını nümayiş etdirir. Rusiya Arktikada yenidən öz ərazi sularını genişləndirmək istəyir. Asiyada isə Çin ilə qaz çəkilişi layihəsini genişləndirir, Balkanlarda və Kiprdə varlıq nümayış etdirməyə çalışır.
İranla əldə olunmuş indiki razılaşma, Rusiyanın cənub istiqmətində öz mövqeyini gücləndirməyə imkan verərək, onun regiondakı əhəmiyyətini də artıracaq. Rusiya hamıya xatırlatmaq istəyir ki, o, bu bölgədə İranın nüvə problemi ilə əlqədar danışıqlarda iştirak edən hansısa vəkili və ya Suriya müharibəsində Bəşər Əsədin müdafiəçilərindən daha çox məna kəsb edir. Rusiyanın ABŞ-a göndərdiyi ismarıc tamamilə aydındır. Vaşinqtonun Tehran ilə tədricən yaxınlaşması Rusiyanın maraqlarına xələl gətirməməlidir. Rusiya cənubdakı təsir zonasının, İran şahının dövründə olduğu kimi yenidən Amerikanın qalasına çevriləcəyinə imkan verməz.
Bu müqavilə vasitəsilə İran və Rusiya öz rəqiblərinə, onlara yad element kimi münasibət bəsləməyin əbəs olduğunu və artıq hər iki ölkəyə böyük ambisyalı dövlətlər kimi yanaşmağa başlamağın vaxtının gəlib çatdığını göstərmək istəyirlər.
AzPolitika.info