Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ölkəmizdə hansı qurumlar terror təhlükəsindən qorunmalıdır?

 

Zahid Oruc: “Hazırda anti-terror fəaliyyəti üçün xüsusi mərkəzlərə çox ciddi ehtiyac var”;Azər Ayxan: “Qəzet və sayt redaksiyaları terror ən açıq hədəfdir” 

"Xeberinfo.com":  Məlumata görə, son günlər Azərbaycanda anti-terror tədbirlərinin gücləndirilməsi xəbərləri artıb. Mətbuatda da bu haqda xəbərlər intensivləşib. “Yeni Müsavat”ın ötən saylarında Bakıda xarici ölkə səfirliklərində və diplomatik nümayəndəliklərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı yazı dərc olunmuşdu. Məqalədə bu təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin səbəbi kimi regionda baş verən siyasi-hərbi konfliktlər göstərilmişdi. 

Azərbaycanda terrorçuların hədəf ala biləcəyi məkanlar yalnız diplomatik nümayəndəliklər, səfirlik binalarıdırmı? Düzdür, terrorçuların əsas hədəfləri diplomatik korpusların yerləşdiyi binalar olur. Amma bu, heç də həmişə belə olmur. Bəzən terrorçular istənilən cəmiyyəti elə yerdən vururlar ki, bunun nəticələrini aradan qaldırmaq siyasi-psixoloji baxımdan xeyli vaxt aparır. 
Məsələn, Fransanın paytaxtı Parisdə satirik “Charlie Hebdo” jurnalının redaksiyasına edilən basqın xeyli gözlənilməz oldu. Ona görə də bu teraktdan sonra əksər ölkələrdə, o cümlədən Azərbaycanda mətbuat orqanlarının redaksiyalarının təhlükəsizlik məsələsi gündəmə gəldi. “Yeni Müsavat” qəzeti olaraq bu məsələnin aktuallığını dəfələrlə işıqlandırsaq da hələ ki, dövlət qurumlarından heç bir reaksiya gəlməyib. Azərbaycanda terror təhlükəsi nə dərəcədə aktualdır? Ölkədə qəzet, jurnal, sayt redaksiyaları terror təhlükəsindən sığortalanıbmı? Dövlət baş verə biləcək arzuolunmaz hadisələrin qarşını almaq üçün hansı tədbirlər görməlidir?
“Yeni Müsavat” qəzetinin sualını cavablandıran Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzv Zahid Oruc ən mükəmməl təhlükəsizlik sisteminə malik olan ölkələrin belə terrordan təhlükəsindən sığortalanmadığını bildirdi: “Terror təhlükəsi hər bir ölkə üçün aktual olduğundan insanların kütləvi toplaşdığı məkanlar, təhsil müəssisələri, səhiyyə ocaqları, terminallar, hava limanları, metro və sair xüsusi qurğular, müşahidə aparatları vasitəsilə mühafizə olunsa da bu yolla problemin qarşısını almaq mümkün deyil. Nəzərə almaq lazımdır ki, terror qrupları da bu illər ərzində öz imkanlarını artırıblar, arsenallarında olan silah kütləsini kifayət qədər modernləşdiriblər. Terror qrupları dövlətlərə paralel inkişaf edir. Onların sərəncamında nəinki ordu birləşmələri var, hətta onlar vətəndaşlar üzərində mənəvi bir hakimiyyətə malikdirlər. İndi terrorun bir kultu yaranıb. Ona görə də Azərbaycanda siyasi partiyalar, hərəkatlar, təşkilatlar, redaksiyalar, mühüm dövlət binalarının ümumən qorunduğunu biz söyləyə bilərik. Ancaq bu mühafizə xidmətinin hər hansı terroru əngəlləməyə qadir olduğunu söyləmək də yanlış olardı”. 
Zahid Oruc Azərbaycanın yerləşdiyi regiondan dolayı hər an terror təhlükəsi ilə üzləşə biləcəyini vurğuladı: “Mən Təhlükəsizlik komitəsinin üzvü kimi xof yaradan fikirlər söyləmək istəmirəm. Ancaq həqiqət bundan ibarətdir ki, Azərbaycan yerləşdiyi regiona görə, terror riski olan dövlətlər sırasındadır. Bir tərəfdən Şimali Qafqazdakı gərginlik, geopolitik davanın əsas qurşağının buradan keçməsi, bölgədə həll olunmayan münaqişələr, terrorçuların maliyyə mənbələrinin hələ də açıq qalması, yəni çirkli pul dövriyyələrinin olması, narkoticarət, silah qaçaqmalçılığının mövcud olması, Xəzər üzərindən bel bir ticarətin həyata keçirilməsi və sair dediklərimizin sübutudur. Ona görə də, biz nə qədər arzulamasaq da terror Azərbaycanda müxtəlif qurumların qapılarını döyə bilər. Bu dövr ərzində təhlükəsizlik qurumları özünün regional və beynəlxalq əlaqələrini genişləndirir. Eldar Mahmudov da açıqlamasında bildirdi ki, bu məsələlərə tam nəzarət olunur, əməliyyat məlumatları diqqət mərkəzində saxlanılır. Ancaq hər kəsi total nəzarətə məruz qoymaq da mümkün deyil. ADNA-da baş verən qanlı hadisədən sonra ölkə başçısı anti-terror fəaliyyəti üçün xüsusi bir qərargah yaradılması ilə bağlı sərəncam verdi. Ancaq ondan sonra bu qurum necə formalaşdı, onun KİV-lə əlaqəsi necə təşkil olunub, qərargah üzvləri hansı mexanizm əsasında seçildi, digər dövlət qurumları ilə hansı səviyyədə əməkdaşlıq aparılır  –bu məsələlər açıq olaraq qalır. 
Hazırda anti-terror fəaliyyəti üçün xüsusi mərkəzlərə çox ciddi ehtiyac var. Bu təkcə bir orqanın, bir təhlükəsizlik qurumunun yanında yaranmalı deyil. Digər güc strukturlarının, medianın, müxtəlif xarakterli təsisatların da daxil olduğu anti-terror mübarizəsi üçün mərkəzə çox ciddi ehtiyac var”. 
“Yeni Müsavat” qəzetinin baş redaktorun birinci müavini Azər Ayxan da xüsusən qəzet redaksiyalarının mühafizəsinin təşkil olunmasının vacibliyini qeyd etdi: “Fransada baş verən məlum terror hadisəsinin ardından biz mətbuat vasitəsilə bildirmişdik ki, redaksiyaların təhlükəsizliyini dövlət öz üzərinə götürməlidir. Qəzet və televiziyaların ofisləri da polis orqanları tərəfindən qorunmalıdır. Parisdə baş verənlərdən sonra qəzet redaksiyalarının mühafizəsi tələbi təbiidir. Bizim qəzetdə hər hansı toplumu qıcıqlandıra biləcək materiallar, karikaturalar getməyib. Ancaq terror hadisəsini həyata keçirmək istəyən qruplaşmalar, ya da Azərbaycanda qarışıqlıq yaratmaqda maraqlı olan dövlətlər istənilən bəhanə ilə öz bəd niyyətlərini həyata keçirə bilərlər. Biz bir daha rəsmi qurumlara müraciət edirik ki, redaksiyaların təhlükəsizliyi ilə bağlı yenidən düşünsünlər. Ola bilər ki, uzaq qoruma tətbiq olunur. Ancaq bizim bu haqda məlumatımız yoxdur. Yaxşı olar ki, bu sahədə ciddi tədbirlər görülsün. Azərbaycanda aparıcı qəzet, sayt redaksiyası o qədər də çox deyil ki, onların mühafizəsini təşkil etmək fiziki və maliyyə baxımdan mümkün olmasın. Rəsmi statistikaya görə, Azərbaycanda yetərli sayda hüquq-mühafizə orqanı əməkdaşı var və onların az faizi səfərbər olunsa bu mühafizəni təşkil etmək mümkündür. Azərbaycanda həyata keçirilən anti-terror tədbirləri təbii ki, müsbət qarşılanır. Məsələn, “Eurovision” öncəsi Bakıda, Gəncədə və başqa bir neçə rayonda yüksək peşəkarlıqla anti-terror əməliyyatları keçirildi. Hətta o əməliyyatlarda bir MTN zabiti şəhid oldu. Ancaq terrordan heç bir dövlət sığortalanmayıb. Biz jurnalistlər də bu məsələdə ayıq-sayıq olmalıyıq. Fəqət dövlətin müdaxiləsi əsas şərtdir”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam