Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Azərbaycan terror hədəfində olan ölkədir”

ilham_376845

 

Aprelin 2-də cəbhədə yaranan gərginlikdən sonra ölkədə terror təhlükəsinin mümkünlüyü nəzərə alınaraq, təhlükəsizlik tədbirləri gücləndirilib, metrostansiyalarda yoxlamalar ciddiləşib. Xüsusilə, İsrail dövlətinin öz vətəndaşlarına terror təhlükəsinin mövcud ola biləcəni ölkələrə (siyahıya Azərbaycan da daxil edilib) getməməsi barədəki xəbərdarlığı ölkəmizdə narahatlığı artırıb.
Xeberinfo.com:  Vaxtilə təhlükəsizlik orqanlarında çalışmış İlham İsmayıl Modern.az-a açıqlamasında bildirib ki, İsrail bütün dünya dövlətləri içərisində öz vətəndaşlarını ən çox qoruyan, xəbərdar edən, çəkindirici bəyanatlar verən ölkədir. Onun sözlərinə görə, radikal islamçılar olan ölkələrdə bir yəhudi fobiyası var.
“Buna görə də İsrail digər dövlətlərdən fərqli olaraq, vətəndaşlarına daha tez-tez belə çəkindirici xəbərdarlıqlar edir. Azərbaycanla İsrailin münasibətləri yaxşıdır, yəhudilərə qarşı bizim vətəndaşların heç bir kompleksi yoxdur. Sadəcə olaraq, İranla qonşu dövlətik, İranla İsrailin münasibətləri bəllidir. İsrail dövlətinin kəşfiyyatı güclü olduğu üçün hansısa bir informasiyanı əldə etdikdə, dərhal xəbərdarlıq yayır. Bir neçə dövlətin, o cümlədən Azərbaycanın adı çəkilib. Burada xüsusi ajiotaj yoxdur”.
İ.İsmayıl qeyd edib ki, dünyanı terror dalğası bürüdüyü bir zamanda təhlükəsizlik tədbirlərinin aparılması, ciddi yoxlamalar hər zaman olmalıdır.
Hansı ölkənin xəbərdarlıq etməsindən asılı olmayaraq, təhlükəsizlik tədbirləri görülməlidir. Konkret olaraq indi yüksək fazada məlumat daxil olub. Görünür konkret informasiyalar var, bizim orqanlara xəbər veriblər, dövlətin yüksək fazısı məlumatlanıb. Bu məqsədlə də işlər görülür. Lakin xəbərdarlıq hələ terror demək deyil. Şübhələr yaranır və bununla əlaqədar dövlət vətəndaşlarına xəbərdarlıq etməyə borcludur”.
Keçmiş MTN-çi qeyd edib ki, Azərbaycan terrorun hədəfində olan dövlətdir.
“Bizim Ermənistan kimi düşmənimiz var və onlar terroru dəstəkləyən millət və dövlətdir. Son günlər cəbhədə baş verən hadisələrdən sonra erməni terroru nədən gözlənilməsin? Çünki bizə olan münasibət, təzyiq ortadadır. Yeri gələndə dövlət səviyyəsində olmasa da, hansısa ölkənin himayə etdiyi terror qrupları var. Onların vasitəsilə bizə təzyiq edə bilərlər. Azərbaycanın vəziyyəti Lüksemburq, Lixtenşteyndə olduğu kimi deyil. Geopolitik nöqteyi-nəzərdən terrorçuların, tək radikal islamçıların deyil, erməni terrorunun və qonşu dövlətlərin hədəfi olan dövlətik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam