Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ölkəmizdə qəzet redaksiyaları necə qorunur?

 

Aynur Camal: “Redaksiyalarımızda mühafizə xidməti yüksək səviyyədə qurulmayıb”
 
Nurşən Quliyev: “Bizim mühafizəçiləri silahla təchiz etmək imkanımız yoxdur”
 
Bəxtiyar Sadıqov: “Dövlət hər bir jurnalistə mühafizə ayıra bilməz ki”
 
Azər Ayxan: “Redaksiyaların mühafizə işini dövlət öz üzərinə götürməlidir”
"Xeberinfo.com":  
Fransanın paytaxtı Parisdə “Şarli Ebdo” jurnalının nəşriyyat binasına edilən terror hücumu dünya mətbuatının gündəmini silkələdi. 3 naməlum silahlının İŞİD qruplaşmasının lideri Əbubəkr əl Bağdadinin karikaturasını dərc edən “Şarli Ebdo” jurnalının redaksiyasına daxil olaraq 8-i jurnalist olmaqla 12 nəfəri öldürməsi sıravi jurnalistdən dünya liderlərinə kimi hər kəsin etirazına səbəb oldu. 
Avropanın, eləcə də dünyanın ən güclü dövlətlərindən biri olan Fransa paytaxtının elə bir hadisə ilə gündəmə gəlməsi, digər ölkələrdə də mətbuat orqanlarının mühafizəsi məsələsini aktuallaşdırdı. 
Azərbaycanda da hər gün mediada müxtəlif terror təşkilatları haqqında materiallar verilir. İŞİD terror təşkilatının bir qolunun Azərbaycana qədər uzandığı isə heç kimə sirr deyil. Son zamanlar Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyatlar zamanı müxtəlif silahlı qruplaşma üzvlərinin həbsi də bunu təsdiqləyir. 
Bəs, görəsən belə bir halda Azərbaycanda qəzet, sayt redaksiyaları baş verəcək hücumlara qarşı nə qədər sığortalanıb. Redaksiyalar mühafizə işində peşəkarların xidmətindən faydalanırlarmı? 
Media orqanlarının rəhbərləri arasında apardığımız sorğu göstərdi ki, “Azərbaycan” nəşriyyatı istisna olmaqla heç bir redaksiya mühafizə olunmur.
“Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camal “Yeni Müsavat”a açıqlamasında redaksiyaların mühafizə işində peşəkarlardan faydalanmalı olduğunu vurğuladı: “Təəssüf ki, redaksiyalarımızda mühafizə xidməti yüksək səviyyədə qurulmayıb, bu sahədə problemlər mövcuddur. Həmin problemi biz təxminən bir il bundan əvvəl yaşadıq. Bir tərbiyəsiz qoçu gəlib redaksiyamızda əməkdaşımızı döyüb getmişdi. Buna görə də, düşünürəm ki, mətbu orqanlarının redaksiyasında mühafizə xidməti güclü şəkildə qurulmalıdır. Bununla məşğul olan xüsusi şirkətlərlə müqavilə bağlayıb bu işi onlara həvalə etmək daha doğru olar”. 
“APA Holding” MMC-nin Direktorlar Şurasının sədri Nurşən Quliyev qeyd etdi ki, onlar da mühafizə işində peşəkarlardan faydalanmırlar: “Bizdə mühafizə xidməti var. Holdinqin öz imkanları hesabına biz bunu təşkil etmişik. Azərbaycanda hansı şərtlərlə, hansı imkanlarla mümkündürsə o cür təşkil etmişik. Bizim onları silahla təchiz etmək imkanımız yoxdur. Sadəcə adi qaydada mühafizə olunuruq. Ancaq təəssüf ki, bu sahədə peşəkarların xidmətindən istifadə etmirik. Bununla belə fəaliyyət göstərdiyi müddət ərzində “APA Holding”ə hər hansı hücum və ya basqın olmayıb”.
 “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov “Azərbaycan” nəşriyyatının polis tərəfindən mühafizə edildiyini və hər hansı təhlükə gözləmədiklərini qeyd etdi: “Çox şükür ki, uzun müddətdir Azərbaycanda yazdığı yazıya görə jurnalistin zorakılığa məruz qalması faktı müşahidə olunmur. Əvvəlki illərdə belə hallar bir neçə dəfə baş verdi, jurnalistlər fiziki zorakılığa məruz qaldılar. Ancaq bu, birmənalı olaraq hamı tərəfindən qınandı. Biz bu məsələləri dəfələrlə Mətbuat Şurasında müzakirəyə çıxartmışıq. Artıq Azərbaycan mətbuatı da insanların şərəf və ləyaqətini təhqir etməkdən çəkinir, peşə davranış qaydalarına əməl edirlər. 
Söhbət “Azərbaycan” nəşriyyatından gedirsə bura gecə-gündüz polis tərəfindən mühafizə olunur, giriş vərəqəsi və icazəsi olmayan şəxslər içəri buraxılmır. Burada heç vaxt zorakılıq faktı müşahidə olunmayıb. Bütövlükdə isə, hər jurnalistə bir cangüdən təhkim etmək mümkün deyil. Çünki jurnalistin iş yeri otaq deyil, hadisə yeridir, tədbirlərdir. Ona görə də, jurnalistlər ehtiyatlı olmalı, yazılarında etik prinsiplərə əməl etməli, insanların şərəf və ləyaqətinə, dini hisslərinə toxunmamalıdırlar. 
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərif  heç bir redaksiyanın bu kimi terror hücumlarından sığortalanmadığını vurğuladı: “Bu hadisə Fransa kimi bir dövlətdə, Avropanı ən böyük şəhərinin mərkəzində baş verirsə, deməli, digər mühafizə sistemi, təhlükəsizliyi zəif olan ölkələrdə də heç kim bundan sığortalanmayıb. Konkret olaraq “Azadlıq” qəzetinə gəldikdə isə, bizim redaksiyamız “Azərbaycan” nəşriyyatında yerləşir və bura mütəmadi  polis mühafizəsi ilə təmin olunub. Bizim hansısa mühafizə təşkil etmək imkanımız xaricindədir. Biz nəşriyyata köçməmişdən əvvəl bir neçə dəfə belə hallar baş verib. Ancaq nəşriyyatın binasına gələndən sonra belə hal müşahidə etməmişik. Burada onlarla redaksiya yerləşir.  Düşünürəm ki, bu məsələlərdə dövlət qurumlarının da üzərinə vəzifələr düşür. 
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan bildirdi ki, bu məsələdə dövlətin mətbuata dəstəyi önəmlidir: “Redaksiyamızda xüsusi mühafizə dəstəsi yoxdur. Texniki əməkdaşlarımız tərəfindən redaksiyaya gələn şəxslərə nəzarət olunur. Onların əksəriyyəti şikayətçilər, hüquqları pozulan vətəndaşlar olur. Buna baxmayaraq biz redaksiyanın hədəfdə ola biləcəyini və təhlükələri nəzərə alıb girişi xüsusi seyf qapısı ilə təchiz etmişik. Ancaq terror məqsədilə gələn şəxslər bunu icra etmək üçün hər varianta əl ata bilərlər. “Yeni Müsavat” qəzeti də bir neçə dəfə hücuma məruz qalıb. İndi isə təhlükə daha çox xarici terror qruplarından gəlir”. 
A.Ayxan bildirdi ki, redaksiyaların mühafizəsi təkcə qəzet kollektivlərinin qayğısı olmamalıdır: “Dövlətin bu məsələyə ciddi yanaşmasına ehtiyac var. Jurnalist də dövlətin vətəndaşıdır və reaksiyaya edilən hər hansı basqın həmin dövlətin sütunlarını sarsıdır. Fransa kimi nəhəng dövlətin paytaxtında olan terror hadisəsi, baxın, bu ölkəni nə günə saldı. Hökumət nə qədər müstəqil mətbuatı sevməsə də sırf terror faktı baxımından bu məsələdə hər şeyi bir kənara atmalı, vətəndaşı olan jurnalistlərin təhlükəsizliyini təmin etməlidir. Redaksiyaların mühafizə işini rəsmi qurumlar öz üzərilərinə götürməlidirlər”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam