Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı Olimpiya Stadionunda antiterror tədbirləri

 

AFFA rəhbərliyi Bakı Olimpiya Stadionunda Azərbaycan və Moldova yığmaları arasında keçiriləcək yoldaşlıq görüşündə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün Azərbaycanın müvafiq qurumlarına müraciət edəcək.
 
Xeberinfo.com:   Məlumata görə, bu barədə "Report"a stadionun direktoru Cavid Qarayev məlumat verib.

Onun sözlərinə görə, ötən gecə Fransanın paytaxtı Parisdə törədilmiş terror hadisələrindən sonra arenada təhlükəsizlik məsələlərinə daha ciddi yanaşılması zərurəti yaranıb. Bu səbəbdən, C.Qarayev AFFA qarşısında məsələ qaldırdıqlarını bildirib: "Bakı Olimpiya Stadionunda təhlükəsizlik tədbirlərinin hələ I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri zamanı yüksək səviyyədə qorunmasının şahidi olmuşduq. Yenə təhlükəsizlik tədbirlərinin görülməsinə zərurət hiss etdiyimizdən, AFFA qarşısında məsələ qaldırmışıq. İstərdik ki, stadionumuza azarkeşlər buraxılmamışdan öncə xüsusi aparatlar vasitəsilə yoxlanılsınlar".

C.Qarayev deyib ki, hazırkı məqamda əsas məsələ oyunu izləməyə gələcək insanların təhlükəsizliyinin təmin olunmasıdı.

Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Azərbaycan - Moldova matçı saat 21:00-da başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam