Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rusiyalı ekspert: "Ermənistandakı demoqrafik böhranın fəsadları ..."

"Ermənistandakı demoqrafik və sosial böhran silahlı qüvvələrdə döyüş hazırlığının səviyyəsinə də mənfi təsir göstərir".

Yenixeber.org:   Bu barədə rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.

Ermənistan alimləri həyəcan təbili çalaraq ölkədəki demoqrafik vəziyyəti müəyyənləşdirən üç başlıca amil olan doğum, yaşlanma, əhalinin miqrasiyası ilə bağlı işlərin ürəkaçan olmadığını bildirirlər. Belə ki, Ermənistan Statistika Komitəsinin məlumatına görə, əhali sayının getdikcə azaldığı ölkədə doğum səviyyəsinin də azalma meyli davam edir. 2015-ci ildə Ermənistanda 41,76 min, 2016-cı ildə 40,6 min uşaq dünyaya gəlibsə, 2017-ci ildə bu göstərici 37,7 min, ötən il də 36,5 min olub.

Yerli mütəxəssislərin fikrincə, mövcud sosial-iqtisadi şəraitdə gənclərin böyük əksəriyyəti ailə qurmaqda çətinlik çəkir, quranlar belə sosial çətinliklər üzündən övlad sahibi olmaq istəmir. Son illər nikahların sayı azaldığı Ermənistanda boşanmalar çoxalır.

Doğum səviyyəsinin azalması ilə yanaşı, əhalinin xaricə axını da davam edir. Belə ki, 2017-ci ildə ölkəni tərk edənlərin sayı 40 minə yaxın olub. Ermənistanlı mütəxəssislərin məlumatına görə, xaricə köçənlərin əksəriyyəti törəyən və əmək qabiliyyətli yaş həddində olanlardır, nəticədə ölkədə yaşlıların xüsusi çəkisi getdikcə artır. Həmçinin xaricə köç axını ucbatından 20-40 yaşlı kişilərin sayında 60 minlik çatışmazlıq yaranıb.

BMT Əhali Fondunun Ermənistandakı icraçı nümayəndəsi Tsovinar Harutyunyan ölkənin demoqrafik böhrana qədəm qoyduğunu, artıq ölüm sayının doğum sayını üstələdiyi əhalinin azalması həddinə yaxın olduğunu açıqlayıb.

Rusiyalı ekspert Yevgeni Mixaylov bununla bağlı bildirib kiErmənistanın cana doymuş xalqı nə edəcəklərini, ailəni layiqincə saxlamağa imkan olmadığı bir şəraitdə necə dolanacaqlarını bilmir: "Gənclər bütün ümidlərini xaricə getməklə bağlayır".

Rusiyalı ekspertin fikrincə, Ermənistandakı mövcud demoqrafik fəlakət məhz ölkə rəhbərlərinin bəsirətsiz siyasəti, yəni işğalçılıq siyasəti nəticəsində qonşu ölkələr arasında təklənməsi ucbatından baş verib: “Əsas məsələ əhalinin xaricə axını və doğum sayının azalmasıdır. Ermənistanın cana doymuş xalqı nə edəcəklərini, ailəni layiqincə saxlamağa imkan olmadığı bir şəraitdə necə dolanacaqlarını bilmir. Gənclər bütün ümidlərini xaricə getməklə bağlayır. Özü də bir qismi daha çox imkanlar olduğu Türkiyəyə gedib təhsil almağı üstün tutur”.

Y.Mixaylov bu gün Ermənistandan və işğal altındakı Dağlıq Qarabağdan yüzlərlə erməni gəncin İstanbulda ali təhsil aldığını söyləyib: “İşin məzəli tərəfi odur ki, rəsmi Yerevan soyqırımdan bar-bar bağırdığı bir vaxtda ermənilərin çoxu təhsil dalınca Türkiyəyə gedir. Budur erməni başbilənlərinin zəhmətinin bəhrəsi. Qonşulara qarşı düşmənçiliyin sonu yoxdur. Sadə ermənilər artıq hər şeyi dərk edir, rəsmi mövqe ilə üst-üstə düşməyən nəticələr çıxarırlar. Onların qənaətincə, yoxsulluq və səfalətin tüğyan etdiyi Ermənistanda uşaq sahibi olmaqdansa, baş götürüb xaricə getmək məsləhətdir”. 

O, hazırkı demoqrafik böhranın ordunun döyüş qabiliyyətinə də təsir göstərməsinin labüd olduğunu deyib.

“Dağlıq Qarabağ münaqişəsinin başlamasından sonra artıq bütöv bir nəsil dəyişib. Bugünkü nəslin əvvəlkilər qədər sağlam olmaması üzündən bir sıra döyüş tapşırıqlarını yerinə yetirmək iqtidarında olmamasına görə erməni əsgərlərinin döyüş hazırlığında kəskin geriləmə göz qabağındadır. Bunun səbəbi də iqtisadiyyatın acınacaqlı vəziyyəti üzündən güzəranı təmin edəcək qazanc mənbələrinin olmaması nəticəsində bir çox valideynin övladlarını lazımınca qidalandırmamasıdır”, – rusiyalı ekspert fikrini tamamlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam