Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

RUSLARIN SAYI SÜRƏTLƏ AZALIR –Rusiya demoqrafik çuxura düşübmü? (Video)

rusiya_2873767

İqtisadçılar həyəcanla deyirlər ki, Rusiyada əmək qabiliyyətli əhali sürətlə azaldığından, yetərli işçi qüvvəsi çatışmır. İndi hamıya bəllidir ki, Rusiyada “qastrabayter” adlandırılan işçi qüvvəsindən istifadə olunur.

Yenixeber.org: Yəni, Rusiya əsasən Tacikistan, Qırğızıstan və Özbəkistandan gələn işçilər hesabına fəhlə problemini həll etmiş kimi görünür. Ancaq məsələ təkcə bu problemin həll edilməsiylə yekunlaşmır, axı Rusiya əhalisinin sayı durmadan azalır. Hətta rəsmi orqanlar da, 2018-ci ildə əhalinin artımının azalmasını etiraf etmək məcburiyyətində qalıblar. “Rosstat”-ın məlumatına görə, 1 yanvar 2019-cu il tarixinə əsasən Rusiya əhalisinin sayı 146,7 milyon nəfərdir və bir il ərzində əhalinin sayı 86,6 min nəfər azalıb. Əgər hakimiyyət bu məsələni dilə gətirirsə, deməli vəziyyət daha pisdir. Çünki rəsmi təbliğat çox vaxt həqiqi rəqəmləri gizlətməyə çalışır. Amma indi 20-30 il bundan qabaqkı vaxt deyil və real informasiya əldə etmək imkanları xeyli genişlənib.

2018-ci ilin statistik göstəricilərinə əsasən, Rusiyadakı əhali sayının ən kəskin azaldığı yerlər Smolensk, Tambov, Pskov, Tver və Tula vilayətləridir. Ümumiyyətlə isə, 2000-ci ildən 2019-ci ilədək olan müddət ərzində əhali sayının ən çox azalması Maqadan vilayətinin (-28,7%), Komi respublikasının (-20,6%), Murmansk vilayətinin (-19,9%), Kirov vilayətinin (-17,4%) və Tver vilayətinin (-16,9%) payına düşür.

Depopulyasiyanın bir çox səbəbləri var. Bunların içərisində ənənəvi dəyərlərin itməsi nəticəsində ailənin bir institut kimi deqradasiyaya uğraması, sosial-iqtisadi çətinliklər üzündən uşaq sayının azalması, orta yaş həddinin aşağı olmasına görə, ölüm və doğum koeffisentindəki mənfi istiqamətin yaranması, gənclərin ölkəni tərk etməsi və sairə səbəblər var. Əlbəttə ki, biz burada Rusiya Federasiyasının özünəməxsusluğunu da yaddan çıxarmamalıyıq. Bu ölkə çoxmillətli respublikadır və iş ondadır ki, milli mənşəyinə görə ən çox rusların sayı azalır.

Rusların bir millət kimi içkiyə genetik aludəçiliyi hamıya bəlli olan faktdır. Rusiyadakı kişilərin başlıca ölüm səbəbi alkoqolla bağlıdır. Belə ki, Rusiya səhiyyə naziri Veronika Skvortsova deyib ki, ötən ilin statistikasına görə, ölkə əhalisinin hər 100 min nəfərinə 735 kişi ölümü qeydə alınıb. Bu isə Avropa üzrə müvafiq göstəricidən təxminən dörd dəfə çoxdur. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, kişi ölümlərinin əsas səbəbi alqoqollu içkilərin hədsiz qəbul ilə bağlıdır.

BMT proqnozlaşdırır ki, 2050-ci ildə Rusiya əhalisi 11 milyon nəfər azalacaq. Ancaq onu deyək ki, bir çox mütəxəssis Rusiya əhalisinin hal-hazırda 146 milyon yox, bundan təxminən 15-20 milyon az olduğunu iddia edir və həm də ki, ciddi faktlar ortaya qoyurlar.
Aşağıda təqdim etdiyimiz videomateriallar Rusiyadakı mövcud demoqrafik vəziyyət barəsində daha geniş məlumat verir.(azpolitika)

V.Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam