Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

İtaliyada aksiyalar başladı

 

İtaliyada yeni qəbul edilən qanuna qarşı bir sıra nümayişçi ölkə küçələrinə axışaraq etiraz aksiyası keçirib. Qeyd edək ki, bu qanun şirkətlərə işçiləri işdən azad etmək yönündə böyük səlahiyyətlər verib.

"Xeberinfo.com": Bu haqda “Deutsche Welle” yazır.On minlərlə italiyalı – istər dövlət, istərsə də özəl sektor işçiləri dekabrın 12-də ölkədə yaşanan iqtisadi böhran və iş yerlərinin azalması səbəbindən polis ilə üz-üzə gəlib.

Nümayişə çağırışı ölkənin ən böyük milli birlikləri olan CGİL, UİL və UGL liderləri edib. Ümumilikdə, ölkə ərazisində 50-dən artıq etiraz aksiyası keçirilib. Nümayişçilərin ümumi sayı isə 40.000-i keçir.

İtaliyanın ən böyük milli birliklərindən birinin lideri Maurisio Landini AFP-yə müsahibəsində, “Bu gün hər kəs Rentsi hakimiyyətinin qanunlarına qarşıdır”, – deyə bildirib.

Matteo Rentsi islahatların tətbiqində qətiyyətlidir

Yeni əmək islahatları baş nazir Matteo Rentsi ilə İtaliya xalqı arasında böyük uçurumun yaranmasına səbəb olub. Belə ki, 39 yaşlı Rentsinin yeni qərarı ilə işçi sayını azaltmaq istəyən şirkətlər artıq bunu daha rahat şəkildə həyata keçirə biləcəklər.

İtaliyada işsizlik həddi 40%-i ötüb. CGİL-in lideri Susanna Kamusso öz müsahibəsində “Hökumət yeni iş islahatlarını italyan xalqının əleyhinə yox, əksinə lehinə həyata keçirməlidir”, – deyə bildirib.

Bütün baş verənlərə baxmayaraq, Rentsi yeni islahatlarla bağlı qərarını dəyişmək niyyətində deyil. Belə ki, dekabrın 11-i TUrkiyədə rəsmi səfərdə olan Rentsi milli birliklərin etiraz haqlarını anladığını və buna tam hüquqlu olduqlarını bildirsə də, baş verənlərin onu planlarından çəkinməyə məcbur etməyəcəyini də söyləyib.

Qeyd edək ki, hazırda italyan hökuməti büdcə kəsrini azaltmağın və iqtisadi böhrandan birdəfəlik çıxmağın yollarını axtarır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam