Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Hüseynqulu Bağırovun İtaliyada lüks oteli üzə çıxdı -Fotolar

 

 

Keçmiş Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun İngiltərə, Çexiya, Almaniya, Avstriya, Kipr, Latviya və Türkiyədəki çoxsaylı şirkətləri, otelləri artıq mediaya məlumdur.

Yenixeber.org: Bu keçmiş nazirin varidatının hamısı deyilmiş. Onun İtaliyanın paytaxtı Romada daha bir dəbdəbəli oteli üzə çıxıb.

Araşdırmaçı jurnalist Cavanşir Hədənli yazır ki, otel “Baghirova in Rome” adlanır. Otelin sahibəsi Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovadır. 

Jurnalist bildirib ki, tikilinin xüsusi özəlliyi var: “Otelin yerləşdiyi bina 1555-ci ildə inşa olunub və keçmişdə saray olub. İtaliyanın məşhur PALAZZO CARTONİ sarayı. Belə binaların tarixə böyük önəm verən Avropada dəyəri on milyonlarla ölçülür.

PALAZZO CARTONİ Romanın tarixi binalarla əhatə olunmuş hissəsində yerləşir. Otelin otaqları da klassik üslub hazırlanıb və bahalı rəsmlərlə, dekorasiyalarla bəzədilib. Günlük qonaqlama bir nəfər üçün 129 dollardan başlayıb”.

Qeyd edək ki, H. Bağırov hər zaman Azərbaycanda özü haqqında “ən kasıb, ən sadə” nazir imici formalaşdırmağa nail ola bilmişdi. Hətta onun işə piyada gəlib getməsi, korrupsiyaya bulaşmaması haqda əfsanələr dolaşırdı... 

Ən fağır nazirin İtaliyada lüks oteli üzə çıxdı - Fotolar

Ən fağır nazirin İtaliyada lüks oteli üzə çıxdı - Fotolar

Ən fağır nazirin İtaliyada lüks oteli üzə çıxdı - Fotolar

Ən fağır nazirin İtaliyada lüks oteli üzə çıxdı - Fotolar

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam