NOTR-DAMDA VƏ əl-ƏQSADA YANĞINLAR:hansı güc katoliklərin və müsəlmanların müqəddəs məbədlərinə həmlə edib? – Araşdırma
Taha Dağlı
Haber7 (Türkiyə), 17.04.2019
Yenixeber.org: Paris ötən ilin noyabrında alovlanan “sarı jiletlər” üsyanından başlayaraq praktik olaraq hər şənbə “şölələnən şəhər” görkəmini alır. Bu dəfə Parisin simvollarından biri – Paris Tanrı Anası Kilsəsi yanıb.
Kilsə yanğını çoxlu suallar doğurub
Ən öncə – bu, necə meydana çıxıb? Bu, od vurmaydı, yoxsa bədbəxt hadisə? Rəsmi açıqlamalara görə, alovlanma bərpa işləri zamanı təsadüfən baş verib. Yəni pis niyyət olmayıb – ov vurma və od vuranlar da. Qüdsdə əl-Məscid əl-Əqsa məscidinin əl-Mərvani dua guşəsinin yanında da yanğın çıxdığı dəqiqələrdə Paris kilsəsini alov bürüyüb. İddia olunur ki, o da bədbəxt hadisə nəticəsində başlanıb. Amma alov eyni zamanda Paris Tanrı Anası Kilsəsi və Qüdsdə əl-Əqsa məscidi üzərində yüksələrkən havada sui-qəsd nəzəriyyəsi də dolaşırdı. Notr-Dam katoliklər, masonlar, tampliyerlərin (məbəd cəngavərləri-tərc.) rəmzləriylə dolu kilsə idi.
əl-Məscid əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir və sionistlər oranı işğal ediblər. əl-Əqsa xaç yürüşləri zamanı isə məbəd cəngavərlərinin işğalı altında olub. əl-Əqsa sionist-incilçi cərəyan baxımından mümkün qədər tez dağıdılmalı və yerində musəvi məbədi tikilməlidir.
İsrail illər uzunu bunun üzərində çabalayıb
Bəziləri bununla bağlı güman edirlər ki, Paris Tanrı Anası Kilsəsindəki yanğının qəsdən törədilmədiyi bəyan olunsa da, Qüdsdəki yanğınla əlaqəlidir. Bu, sıradakı siqnal idi: katoliklərin məbədinə od vuran kəs müsəlmanların ilk qibləsini də məhv edəcək.
əl-Əqsa məscidində yanğın
Yaxşı, bəs bu halda Notr-Damı da, əl-Əqsanı da kim hədəfə götürür? Konspiroloqlar bu sualı belə cavablandırırlar: incilçi protestantlar, yəni xristian sionistlər. Biz bunu Fransada “sarı jiletlər”in üsyanı üzrə gördük: sağlar-sollar küçələrə çıxır və Fransanın “Rotşildin adamı” kimi tanınan prezidenti Emmanuel Makrona qarşı çıxış edirlər. Makron ən nüfuzlu sülalələrdən biri Rotşildlərin adamıdırsa, onda ona qarşı aksiyaları kim təşkil edir?Onda bu durumu “sülalələrin mübarizəsi”ylə izah etmək olardı.
Sülalələr bir-birilə mübarizə aparır, bu tutuşma konkret olaraq katoliklər və protestantlar arasında dini qarşıdurmaya dönüşür, onların adından isə Fransa və ABŞ-ın mübarizəsi formasında ifadə olunur.
Biz bunu “sarı jiletlər”də də gördük
2019-cu ilin yanvarında Fransanın Afrikadakı keçmiş müstəmləkəsi Qabonda baş tutmuş çevriliş cəhdində də gördük. Fransanın Qabon prezidenti Əli Bonqodan narazı olduğu bir vaxtda o biri güc ona qarşı çevrilişi zorla boğub.
Əlcəzairdə Buterflikanın istefasına gətirən prosesdə də görürük.
Bu savaşın daha bir örnəyi ABŞ-ın Afrikada Fransanın keçmiş müstəmləkələrinin ərazilərində hərbi iştirakı gücləndirməyə cavabda Fransa prezidenti Makronun “vahid Avropa ordusu qurmaq” haqqında israrlı həmlələridir.
Bax, buna görə “sarı jiletlər” üsyanının davam etdiyi Parisdə Tanrı Anası Kilsəsində alovlanan yanğın belə, ya elə, insanları sui-qəsd nəzəriyyəsinin cazibəsinə düşməyə vadar edir.
Kilsədə yanğın haqqında cavabsız qalan başqa suallara diqqət yetirək. Məsələn, yanğınsöndürənlər niyə yanğını söndürə bilmədilər?
Onlarda kilsənin damına çıxmağa imkan verən yanğın nərdivanları yox idi?
Məgər İmamoğlunu seçkilərdə qələbəyə görə təbrik edən Paris meri Anna İdalqonun məbədin bərpası üçün ianələrə çağırmağı deyil, yanğınsöndürmə xidmətinin hərəkətiylə bağlı sualları cavablandırmağı daha düzgün olmazdımı?Tərcümə: Strateq.az