Fransa Varfolomey gecəsinə doğru gedir:“sarı jiletlər” yəhudiləri fransızların ən böyük düşməni sayırlar – Təhlil
Taha Dağlı
Haber7 (Türkiyə), 16.12.2018
Yenixeber.org: Bəziləri güman edirlər ki, Fransadakı “sarı jiletlər” üsyanı xristian-musəvi dartışmasına dönə bilər.
Fransa Avropada yəhudilərin ən çox yaşadıqları ölkədir. Fransada 453 min yəhudi qeydə alınıb. “Sarı jiletlər”in əhatəli aksiyaları şənbə günləri, yəni yəhudilər üçün müqəddəs Şabbat günü keçirilir. Parisdə sinaqoqlar xüsusən son iki şənbədə təhlükəsizlik mülahizəsilə bağıydı və şabbat ibadəti keçirilməyib.
Şənbə günləri əhatəli aksiyaların keçirilməsi yəhudilər tərəfdən qınağa səbəb olub: “Hədəf bizik?” O biri yandan dünyaca ünlü Yelisey çöllərindəki möhtəşəm dükanların yiyələri də yəhudilərdir. Onlar şənbə günləri dini borc üzündən öz yerlərini onsuz da bağlayır və şənbə etirazlarından qazanc itirmirlər. Şənbə məsələsinə bu baxımdan yanaşanlar da var.
“Sarı jiletlər” hərəkatında yəhudilərə münasibətdə qıcığın olması isə göz qabağındadır, çünki Fransanın küçələrinə nəzər salarkən bu durumu əks etdirən bəzi faktları görmək olar. Məsələn, “sarı jiletlər”in Paris-Marsel avtoyolunda yerüstü keçiddə asdıqları banner diqqət çəkir. Bannerdə yazılıb: “Macron pute a Juif”. Yəni nəzərdə tutulur k, Makron yəhudilərlə bir yerdədir. Bununla yanaşı, siqnal verilir: “Makron yəhudi kapitalının adamıdır”.
Bu bannerdə qoyulmuş sualı keçən şənbə etirazçılardan biri Paris küçələrindəki hadisələri birbaşa efirdə yayımlayan BBC-nin kameralarının qabağında gedərkən yolda səsləndirib və fransız dilində deyib: “Makron yəhudilərlədir”.
Emmanuel Makron və Rotşildlər ailəsi
Fransada “sarı jiletlər”in bir çox təmsilçiləri Eyfel qülləsinin yaxınlığında və Yelisey çöllərində, yəhudi icmasının mərkəzlərində açılan şabbat süfrəsindən narazılıq edirlər. Sosial şəbəkələrdə belə şərhlər səslənir: “Fransız xalqının aclıq çəkdiyi bir vaxtda varlı yəhudilər doyunca yeyə bilirlər”, yaxud “Fransız xalqı üçün ən böyük düşmən – yəhudilərdir”.
“Sarı jiletlər” yəhudi kapitalına öz nifrətlərini habelə küçələrdə nasist salamı verməklə üzə verə bilərlər.
Amma yenə də niyə yəhudilər fransız xalqı üçün ən böyük düşməndir? Etiraz hərəkatı, çoxunu Fransa əyalətlərindən əsil fransızların təşkil etdikləri qruplardan ibarətdir. Katolikliyə etiqad edən bu qruplar iqtisadi böhranla bağlı maliyyə vəsaitindən sıxıntı çəkir. Onlar Parisin dəbdəbəli yaşayışına qatılmaq gücündə deyil, bir tikə çörək uğrunda çarpışır və ölkənin gücünə baxmayaraq, düşdükləri sıxıntılı durumdan qəzəbləniblər. Çünki bu çətinliklərin qaynağı gəlirlərin ədalətsiz bölgüsüdür. Onların hamısı hesab edir ki, Makron – fəhlələri və əyalət adamlarını istismar edən, yoxsullara deyil, varlılara gəlir əldə etmək imkanı verən kapitalın adamıdır. Onlar buna görə də yəhudi lobbisinin nəzarət etdiyi kapitala münasibətdə də hiddət ifadə edirlər.
Emmanuel Makronun yəhudi ailəsi Rotşildlərin bankında yüksək post tutduğu faktının özü Paris küçələrində bu qavrayışı gücləndirən səbəblərdən biridir.
Fransanın “sarı jiletlər”i onları yoxsul qoyan kürəsəl yəhudi kapitalına savaş elan ediblər. Bu müəyyən mənada katoliklərin musəvilərə və ABŞ-ın onlarla birgə hərəkət edən protestant incilçi sülalələrinə münasibətdə qıcığı kimi də şərh olunur.
Fransada “sarı jiletlər” üsyanının müxtəlif sülalələrin təmsilçilərinin dəstəklədiyi faktına diqqət yetirənlər hesab edirlər ki, indiki zorakılıq aktlarının ardınca növbəti addım katoliklərlə musəvilərin toqquşması ola bilər.
Tərcümə Strateq.az-ındır.