Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Gürcüstan-Azərbaycan sərhədində 26 ton qurdlu kartof hara “yoxa çıxdı”?-Maliyyə Nazirliyi "Geri qaytarılmayıb" deyir...

 

Ötən gün Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Gürcüstandan ölkəyə idxal edilən 26 ton kartofun zərərli orqanizmlərin aşkar edilməsinə görə geri qaytarıldığını açıqlayıb. Agentlikdən bildirilirdi ki, kartofdan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar ediblər. Aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Yenixeber.org: Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkarlanan zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 26 042 kiloqram kartof məhsulunun Gürcüstan Respublikasına qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib.

 

Lakin ötən gün noyabrın 9-da Gürcüstanın Maliyyə Nazirliyi bildirib ki, (gömrük xidməti bu nazirliyin tərkibinə daxildir) Azərbaycandan kartof partiyasının geri qaytarılması faktı qeydə alınmayıb.

“Hazırkı mərhələdə gömrük sərhədində kartofun geri qaytarılması faktı qeydə alınmayıb. Kartofun geri qaytarılması baş verərdisə yük təkrar fitosanitar nəzarətdən keçməli, məhsul partiysının identifikasiyası həyaat keçirilməli və onun labarator müayinələrinin nəticələri təqdim olunmalı idi. Kartofun geri qaytarılması barədə informasiya sonrakı araşdırma üçün Milli ərzaq agentliyinə göndəriləcək”-Maliyyə Nazirliyindən “Gürcüstan Xəbərləri” agentliyinə bildiriblər.

Nazirlikdən habelə deyiblər ki, Azərbaycana kartofun ixracı zamanı Gürcüstanın gömrük sərhədində müvafiq sitosanitar prosedurlar həyata keçirilib və sertifikat təqdim edilib. Kartof Gürcüstan tərəfinin sertifikatı ilə müşaiyət olunsa da Azərbaycan tərəfi hər halda labarator müayinələr üçün nümunələr götürməyi qərar alıb. Yoxlama göstərib ki, məhsul zərərli orqanizmlər daşıyır.

Kartofun gövdə nematodu dəyirmi qurdlardan olub, ölçüsü 0,72-1,44 mm-dir. Bitkinin bütün yeraltı (kökyumruları, kökümsovları) hissəsinə zərər verir. Növ çoxzonalılıq təşkil edir və mülayim iqlim qurşağına malik olan regionlarda yayılır. Sirayətlənmiş kökyumrularında yaş və yaxud quru çürümə olur ki, bu da anbarlarda saxlanılan zaman digər kökyumrularına da yayılır. Gövdə nematodunun zərərvericiliyi saxlanma zamanı, əsasən də temperatur dəyişikliyi olan zaman təzahür edir. Kiçik məsafələrə torpaq vasitəsilə yayıla bilən bu oqanizmlər suvarma zamanı su vasitəsilə də yayıla bilir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam