Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Zərrabın etirafları və Ərdoğanın 3 mühüm uduşu- təhlil

Türkiyə Amerika embarqolarına tabe olmadıqlarını, İranla ticarəti davam etdirdiklərini bildirməklə, ABŞ -ın İrana qarşı maşası olmadığı mesajını verdi

Yenixeber.org: Türkiyə və dünya mediasının gündəm mövzusu təbrizli iş adamı Rza Zərrabın etirafları ilə çalxalanır. Ötən il ABŞ-ın Floridada ştatında həbs olunan Rza artıq Amerika məhkəməsində cinayətlərini etiraf etməklə kifayətlənmir, eyni iş üzrə mühakimə olunan Türkiyənin dövlət bankı “Halkbank”ın sabiq baş direktor müavini Hakan Atilla əleyhinə ifadələr verir. Son olaraq məhkəmədə banklara qızıl ticarətini dəstəkləməsi üçün birbaşa Ərdoğan tərəfindən təlimat verildiyini bildirib.

Bilməyənlər üçün xatırladaq ki, İran, Türkiyə və Makedoniya vətəndaşı olan Rza Zərrab və ailəsi daha əvvəl qızıl ticarətçisi olub. Ancaq Zərrabı “məşhurlaşdıran” onun İranın gizli ticarət şəbəkəsinin üzvü olmasıdır. O, 2011-ci ildən sonra ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları gizli şəkildə yararaq çirkli pulların yuyulmasında iştirak edib. Söhbət nə az, nə çox, 86 milyard dollarlıq qara ticarətdən gedir. Sxem isə zahirən sadə olub. Zərrab və onun İrandakı şəriki Babək Zəncani İran neft-qazının Türkiyə üzərindən gizli ticarətini aparır.

Картинки по запросу reza zarrab Erdoğan İran zencani

Ancaq ödəmə İrana leqal edilə bilmir və bu səbəbdən ödənəcək pullar Zərrabın Türkiyədəki şirkətlərinin “Halkbank”dakı hesablarına yatırılır. Türkiyə banklarında bir neçə mərhələdə pullar hesablardan hesaba ötürülür və nəhayət bu pullar hesabına Dubayda qızıl alqı-satqısı həyata keçirilir, pullar Dubay dinarına çevrilir. Nəhayət, uzun və dolaşıq prosesin sonunda leqal pullar şəklində İran banklarındakı hesablara yerləşdirilir.

Amma prosesdə qalmaqal tərəfi ondadır ki, Zərrab Türkiyədə bütün bu işləri iqtisadiyyat naziri və daha bir neçə rəsmilərlə gizli ortaqlıqla həyata keçirib. Hətta o, məhkəmədə etiraf edib ki, sabiq nazir Zəfər Çağlayana 45-50 milyon avro, 7 milyon dollar və 2 milyon türk lirəsi verib. Daha sonra isə prosesdə naziri özünə ortaq edib.

Картинки по запросу reza zarrab zafer çağlayan

Əlbəttə, bütün bunlar məhkəmənin gedişində açıqlanan məlumatlardır. Rza Zərrabın başqa sensasiyalı açıqlamaları da ola bilər. Eyni zamanda bu etirafların nə qədər həqiqət olduğu və təsdiqlənməsi mümkün olması da bir başqa mövzudur.

Bu məsələdə ən çox qabardılan nöqtə qalmaqalın Türkiyənin indiki hakimiyyətinə bulaşması və ya bulaşdırılmasıdır.

Artıq Türkiyə prezidenti də Zərrabın iddialarına münasibət bildirib. Rəcəb Tayyib Ərdoğan deyib ki, İranla ticarət əlaqələri olub və davam edib. Embarqo ilə bağlı olaraq ABŞ qarşısında öhdəliyinin olmadığını deyən prezident embarqonu pozmadıqlarını deyib.

Картинки по запросу Erdoğan İran

Türkiyə prezidenti açıq şəkildə bildirib ki, Türkiyə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiya qərarına qoşulmayıb və ticarət əlaqələrini davam etdirib.

Ancaq eyni zamanda embarqo ilə bağlı ABŞ-ın qanunlarını pozmadıqlarını deyir. Yəni Türkiyə sadəcə ticarət edib, embarqo ilə bağlı Amerika maliyyə sisteminin aldadılmasında iştirak etməyib. Məsələ ondadır ki, amerikalıların əsas ittihamı məhz gizli bir qrupun Amerika maliyyə sistemini aldadaraq embarqo tətbiq olunan sahələrdə gizli ticarət aparıblar.

Картинки по запросу İran halkbank

Bütün qeyd olunanlar bu prosesin necə deyərlər, texniki və hüququ tərəfləridir. Məsələnin bu tərəfi ilə bağlı daha kimlərin ittiham olunacağı, kimlərin bəraət alacağını zaman göstərəcək. Bununla bağlı Türkiyənin siyasi hakimiyyətinin nə qədər məsuliyyət daşıdığı da məhkəmə sonunda məlum olacaq. Hansı nazirin nə qədər rüşvət alması necə deyərlər, texniki detaldır.

Ancaq bu hadisəyə mənəvi və siyasi aspektdən yanaşsaq Türkiyə prezidenti nəinki ittiham olunur, əksinə mənəvi və siyasi baxımdan üstün mövqedədir. Rəcəb Tayyib Ərdoğanın açıqlamasına baxsaq, burada 3 mühüm məqamı qeyd edə bilərik.

Картинки по запросу tayyip erdoğan

Birincisi, Ərdoğan deyir ki, Türkiyə ABŞ-ın embarqolarına tabe deyil, İranla ticarətini davam etdirəcək. Yəni Türkiyə artıq ABŞ-ın “əlavəsi", onun qərarlarına sorğu-sualsız riayət edən ölkə deyil. Türkiyə özü ilə bağlı qərarları özü qəbul edir.

İkincisi, Türkiyə hakimiyyəti ABŞ-ın qərarlarını deyil, ölkəsinin maraqlarını əsas götürüb və xarici siyasətini, ticarət əlaqələrini dövlət maraqlarına uyğun aparıb. Çünki istənilən halda bu prosesdə Türkiyə qazanıb. İrandan daha ucuz neft və qaz alıb, eyni zamanda tranzit haqları alıb.

Üçüncüsü və əvvəlkilərdən geri qalmayan sonuncu arqument məsələnin mənəvi tərəfidir. Daha dəqiqi müsəlman qardaşlığı məsələsidir. Türkiyə İranın görünən budur ki, ABŞ-ın embarqoları zamanı Ankara Tehranın sıxışdırılmasına dəstək verməyib, əksinə, embarqonun yarılması, qonşu müsəlman ölkəsinin neft və qazını sata bilməsinə dəstək verib, Amerikanın “maşası” rolunda çıxış etməyib. Bu isə müsəlman həmrəyliyi və din qardaşlığı fenomenidir.

Bu 3 arqument istənilən müsəlman ölkəsinin siyasi lideri üçün böyük bir üstünlükdür. Məhz bu səbəbdən Türkiyə prezidenti rahatdır, Türkiyə xalqı qarşısında necə deyərlər, arzu olunanı edib.(müsavat)

Kənan Rövşənoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam