ABŞ mediası Nyu Yorkda həbsdə olan Cənubi Azərbaycan əsilli, Türkiyə vətəndaşı olan biznesmen Rza Zərrab barədə yeni iddia ilə çıxış edib.
Yenixeber.org xarici mediaya istinadən xəbər verir ki, mətbuatda "Prokurorluq Zərrabdan ABŞ-ın sabiq milli təhlükəsizlik katibi Maykl Flin barədə məlumat tələb edə bilər. Zərrab həbsxanadan çıxarılıb, lakin federal məhbus kimi nəzarət altındadır" fikirləri yer alıb və Zərrabın bəzi etiraflara razılaşdığı barədə iddia irəli sürülüb.
Dünən Zərrabın məhkəməsi olsa da, o və vəkili prosesdə iştirak etməyib. 
 
Qeyd edək ki, Zərrab barədə ortaya atılan digər iddia isə, ona qarşı həbsxanada qaradərili məhbus tərəfindən edilən sui-qəsd cəhdi və bu səbəblə başqa həbsxanaya aparılmasıdır.