Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Rza Zərrabın işində“Bank of Baku”nun adı hallandı

Rza Zərrabın işində

 

 

ABŞ-da davam edən məhkəmə işində şahid olaraq dindirilən biznesmen Rza Zərrabın “ARE Aviasiya” şirkətinə aid biznes təyyarəsi İstanbul Atatürk hava limanında müsadirə edilib

 

Yenixeber.org: Bu barədə Doğan agentliyi yazır.

MNG bazasında olan “Challenger 300” tipli təyyarə axırıncı dəfə 30 noyabrda uçub.

İstanbul Baş Prokurorluğunda açılan istintaq çərçivəsində dekabrın 1-də Rza Zərrab və yaxınlarının əmlaklarının müsadirə edilməsinə qərar verilib. Qərarda “Türkiyə Respublikasının təhlükəsizliyi, daxili və ya xarici siyasi mənfəətləri baxımından gizli qalması lazım olan məlumatları xarici dövlət lehinə siyasi və hərbi casusluq məqsədilə təmin edildiyi” qeyd olunub.

İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər Bürosunda Zərrab və yaxınları barədə istintaq başlanıb. Bu istintaq çərçivəsində Zərrabın bacısının əri Bəhram Orominin ailə şirkəti olan NAB Holdinqin icraçı direktoru Omid Orominin də aktivlərinə həbs qoyulub. Bu holdinq Azərbaycanın maliyyə sektorunda iştirak edir, “Bank of Baku”nun nəzarət səhm paketinin mülkiyyətçisidir.

Zərrab hazırda Nyu-York məhkəməsində İrana qarşı sanksiyaların pozulması işi üzrə ifadə verir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam