Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

BÖYÜK İSLAHATÇININ UKRAYNA SAVAŞI –Saakaşvilinin mübarizəsi nə vəd edir?

 

saakashvili

Saakaşvili Gürcüstan prezidentliyindən 2013-cü ildə gedib. Bir vaxtlar onun populyar olan partiyası isə, seçkilərdə sarsıdıcı məğlubiyyətlə üzləşdi. Onun yerinə gələn rejim klassik postsovet stilində Saakaşviliyə qarşı ”vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət əmlakının talanması” ittihamını irəli sürüb, onu Gürcüstan vətəndaşlığından məhrum etdi.

Yenixeber.org: Onun siyasi karyerası ikinci dəfə 2015-ci ildə şans qazandı. Bu dəfə Ukrayna prezidenti Poroşenko Saakaşvilini Odessa vilayətinin qubarnatoru təyin etdi.

Ukrayna dünyanın ən korrupsiyalaşmış ölkələrindən biridir. ”Transparency İnternational” təşkilatının korrupsiya indeksinə görə, Ukrayna 176 ölkə içərisində Rusiya ilə birlikdə 131-ci yerdə gedir. Saakaşvili çox asanlıqla Odessa dələduzlarına qalib gəldi.

Vaxtilə Saakaşvili rüşvətxorları işdən çıxarmaqla Gürcüstan yol polisində islahat aparmışdı. Gömrük rüsumlarının müvəqqəti ləğv edilməsi vasitəsilə isə, Poti limanını korrupsiya bataqlığından təmizləmişdi. Saakaşvili hesab etdi ki, bu cür sıfır tolerantlıq taktikası Odessada da işləyəcək. O, mafiyanın nəzarət etdiyi limana 27 yaşlı siyası aktivist Yuliya Maruşevskayanı rəhbər təyin etdi və burada bütün istiqamətlərə gedişi və gömrük ödəmələrini izləyən yüksək texnologiyalı görüntü-izləmə cihazları quraşdırdı. Hər şey real zamanlı rejimdə işləyirdi. Saakaşvili köhnə gürcü müttəfiqi Georgi LordkipanidzeniOdessanın polis rəisi vəzifəsinə gətirdi.

O, özünün anti-korrupsiya səylərinə xarici məsləhətçiləri də cəlb etmişdi. Onların içərisində London polisində dələduzluqla mübarizə aparmış əməkdaş və Avropa Birliyinin sərhəd agentliyinin məmuru da vardı. Britaniya-Ukrayna ticarət-sənaye palatasının sədri Amerika mənşəli vəkil Beyt Tomas Odessanın “Şərqi və Mərkəzi Avropanın ən zəngin şəhəri”nə çevrilcəyi barəsində nikbin fikirlər söyləyirdi.

Amma bu baş tutmadı. 2016-cı ilin noyabrında Saakaşvili və Lortkipanidze öz vəzifələrini tərk etdilər. Onlar bu addımı Odessa cinayətkar sindikatının məhv edilməsi cəhdlərinin qarşısını məhz Poroşenkonun özünün əngəlləməsi ilə izah etdilər.

1015802411

Həm özünün aşağı düşən reytinqi və həm də Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçılarla davam edən müharibə ilə mübarizə aparan Poroşenko seçim qarşısında qaldı: bir tərəfdə onun siyasi dəstəyinin asılı olduğu kriminal klanların hiddəti, bir tərəfdə isə müxtəlif quruluşların yenidən təşkil edilməsinə can atan Saakaşvili və kampaniyası dayanmışdı. Poroşenko siyasi məqsədəuyğunluğu seçdi.

Saakaşvili Amerikada səfərdə olan zaman, hüquqi formal baxımdan anlaşılmayan əsasla, onu Ukrayna vətəndaşlğından çıxardılar. Hazırda formal olaraq onun vətəndaşlığı yoxdur.

Saakaşvili nüfuzlu və güclü təsir imkanına malik xeyli sayda müttəfiqləri sayəsində istənilən ölkədən siyasi sığınacaq ala bilərdi. Lakin o, Ukrayna siyasətinə qayıtmağı qərara aldı. Bu ayın əvvəlində Saakaşvili bir neçə yüz tərəfdarının müşayiəti ilə Polşa-Ukrayna sərhəddini qatarla keçməyə cəhd göstərdi. Onun dayandırması üçün Poroşenko sərhəd güclərini səfərbər vəziyyətə gətirdi.

Saakaşvili və onun komandası qatarı tərk etdikdən sonra avtobuslara oturaraq, sərhədi digər tərəfdən keçməyə cəhd etdilər. Amma buranı partlayış ola biləcəyi təhlükəsinə görə bağlamışdılar. Onlar bundan sonra üçüncü sərhəd məntəqəsinə yollandılar. Saakaşvili və tərəfdarları Ukrayna xüsusi təyinatlı polis kordonunu yarıb ölkəyə daxil oldular. Axşam Saakaşvili artıq Lvov meriyasının qarşısına toplaşmış və onu alqışlayan kütləyə müraciət edirdi.

Saakaşvili haqlı olaraq, onun vətəndaşlıqdan çıxarılmasının qanunsuz olduğunu bildirir. O, məhkəmədə özünün bu haqqını müdafiə etməyi planlaşdırır. Ancaq eyni zamanda, o, böyük risklə qarşı-qarşıyadır. Onun ekstradisiya olunmasını Gürcüstan məhkəməsi tələb edib.

Ukraynanın baş prokuroru Saakaşvilinin qanunsuz olaraq sərhəddi keçməsi ilə bağlı onun təqib olunmayacağını bildirsə də, hər halda indi onun azadlıq məsələsi mübarizə apardığı hakimiyyətdən asılıdır.
Məsələ ondadır ki, Poroşenko riskə gedərək özünü beynəlxalq aləmdə günahkar, Saakaşvilini isə əzabkeş vəziyyətinə salmaq qərarına gələcəkmi? Poroşenko Avropa Birliyinin və Beynəlxalq Valyuta Fondunun iqtisadi yardımlarına möhtacdır. Qərbin sevimlisi Saakaşvilinin türməyə salınması Poroşenkonun olub-qalan nüfuzunu da yerlə bir edər. Ona həmçinin ABŞ-ın da dəstəyi lazımdır.

Poroşenko iyul ayında Vaşinqtona gedərək, Donald Trampdan sanksiyalar vasitəsi ilə Rusiyaya təzyiq olunmasını və Ukraynanın şərqindəki separatçılara daimi yardım göstərən Kremlə yaxın şəxslərin və şirkətlərin cəzalandırılmasını xahiş etmişdi. Poroşenko Amerika prezidentindən həmçinin Rusiya işğalçılarına qarşı mübarizə aparmaq üçün silah istəmişdi.Hələ indiyədək ABŞ bu istəklə razılaşmayıb. Ona görə də, Saakaşvilinin həbsi, bu iki istəyin həyata keçirilməsini xeyli mürəkkəbləşdirə bilər.

Amma daha mürəkkəb tapmaca, özünün parlaq və aqressiv davranış üslubu ilə Ukraynadakı mafioz dövləti, çiçəklənən Avropa ölkəsinə çevirmək uğrunda başlatdığı “səlib yürüşündə” Saakaşvilinin necə uğur qazana biləcəyidir. İyun ayında Saakaşvili korrupsiyaya qarşı mübarizə aparacaq siyasi partiya yaradıb. O, artıq növbəti prezident seçkilərində Poroşenkoya qarşı çıxış edəcəyinə söz verib.

İndi masanın üstünə Saakaşvilinin siyasi karyera və azadlığından daha çox şey qoyulub. Soyuq müharibə qurtardıqdan sonra Qərbin, Rusiya da daxil olmaqla, keşmiş Sovet İttifaqına münasibətdəki bütün xarici siyasət vektoru, hüququn aliliyi, demokratiya, söz azadlığının təmin edilməsi və həmçinin də, ardıcıl islahatların aparılması üzərində qurulub.

Gürcüstandakı 2003-cü il qızılgül inqilabı, Ukraynadakı iki xalq inqilabı (Maydandakı 2004 və 2014 narıncı inqilablar) Moskva tərəfindən dəstəklənən korrupsiyalaşmış rejimin devrilməsinə cəhddə xalqın qəzəbini göstərdi.

Müəyyən mənada Rusiyanın müdaxiləsi də nəzərə alınsa, bütün üç inqilaba bəslənmiş ümidlər korrupsiyalaşmış biznes nəticəsində rüsvayçılıqla puç oldu. Əgər postsovet xalqlarının nəhayət ki, ”insan kimi yaşamaq” üçün hansısa ümidləri varsa, onda Saakaşvili kimi çılğın islahatçılar uğur qazana bilərlər. Saakaşvili istənilən qədər düşüncəsiz eqoist ola bilər, lakin istənilən halda o, ifrat millətçiliyə, kleptokratiyaya və Rusiya aqressiyasına qarşı hüquqi mübarizə aparan digər avropalılara çox yaxındır.

(“The Spectator” – Böyük Britaniya)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam