Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan etnogenezinin tədqiqi

 

     

    "Xeberinfo.com": Azərbaycan adının meydana çıxması və indiki şəkildə işlənməsi haqqında müxtəlif mübahisələr, fikir ayrılığı davam edir. Bu adın mənşəyi b.e.ə. III yüzilliyə gedib çıxır. Qədim Atropaten Midiyası adlanan dövlətin dini və dünyəvi başçılarına verilən “Atropat”, “Atrupat” adı Azərbaycan etimologiyasının mənşəyində durur. Suriya mənbələrində “Abaçbaydan”, Vizantiya mənbələrində “Abarbaydan”, qədim erməni mənbələrində “Atrapatakan”, ərəb mənbələrində “Adarbadaqan”, “Adarbayqan”, nəhayət fars mənbələrində Azərbaycan kimi göstərilir. Avestadakı “Atarpata” kəlməsi bu adın ən qədimidir. “Od qoruyan” deməkdir.
 Müəllifi olmayan X əsr “İstoriya Sisyan” əsrinin 69-cu səhifəsində yazılır ki, Key Xosrov Dastan oğlu Rüstəmlə Azərbaycana gedəndə xalqın fəlakətli vəziyyətini görmüşdür. Həmin əsərin 101-ci səhifəsində xəbər verilir ki, “Ömər Muqir-ibn-Şübü Azərbaycanı tutmağa göndərdi”. Şihabəddin Mühəmməd Nəsəvi “Jizneopisanie Sultan Djalaladdina Makburna” əsərinin 6-cı səhifəsini tutmuş 410-cu səhifəsinə qədər Azərbaycan vilayətinin, ölkəsinin adını çəkir. Cəlaləddinlə tatar-monqollar arasında gedən vuruşmalardan danışılır. Tarixdən məlumdur ki, Cəlaləddin Xarəzmşah 1225-1231-ci illər arasında Azərbaycanın hökmdarı olmuşdur. XVI əsr tarixçisi Şərəfxan-Bidlisi “Şərəfnamə” əsərində xəbər verir ki, “Bu il Mirzə Şahrux turkman tayfalarını məğlub etmək üçün Azərbaycana gəlməyi qərara aldı”. Bu əsərin 23-cü səhifəsindən tutmuş 294-cü səhifəsinə kimi Azərbaycan əhalisinin, ölkəsinin, vilayətinin adı çəkilir. Həmin əsərin 164-cü səhifəsində yazılır ki, 1585-ci ildə Sultan Murad Azərbaycanı işğal etməyə göndərildi. Səh. 356-da göstərilir ki: “Həsən bəy vergi toplaya-toplaya Azərbaycan vilayətinin abad və göz oxşayan şəhər və kəndlərindən keçirdi”. Erməni tarixçisi Zəkəriyyə Kanakersi “Xroniki” əsərində göstərir ki, ”Sonra Azərbaycanın vəziri adlanan Mirzə İbrahim xan gəlib Yerevanda dayandı”. XVII əsr tarixçisi Arakel Təbrizlinin “Kniqa İstoriya” kitabına şərh yazmış Xanlaryan kitabın 514-cü səhifəsindəki Atropatakan haqqında yazır ki, Qədim Erməni mənbəsində Atropatakan ölkəsi elə Azərbaycan vilayəti deməkdir. İbn-əl-əsir “Əl-Kamil-Fit-Tarix” əsərində xəbər verir ki: “1230-cu ildə tatarlar Azərbaycan ölkəsindən olan Marağanı mühasirə etdi... Azərbaycan əhalisinin qorxusu artdı”. Həmin kitabın başlıqlarından biri “Azərbaycan əhalisini tatarlara tabe olması” adlanır. Oruc bəy Bayatlı kitabında Azərbaycan haqqında belə məlumat verir: “Azərbaycan əyalətində 30 şəhər vardır. Ən böyük şəhəri Təbrizdir. Azərbaycanlılar cəsur döyüşçülərdir. Azərbaycan İranın qərbində yerləşir”.
 Azərbaycan xalqının etnogenezinin öyrənilməsi və tədqiqinə dair indiyə qədər çox əsərlər yazılmış, bu sahədə bir sıra tədqiqatlar aparılmışdır. Mən deyərdim ki, Qiyasəddin Qeybullayevin “Azərbaycan etnogenezinə dair” elmi əsəri indiyə qədərki tədqiqataların ən əhatəlisidir. Kitabda Manna dövlətindən tutmuş Midiya - Atropatena xalq birliyinin formalaşması, bu birliyin xalqımızın etnogenezindəki rolu ətraflı nəzərdən keçirilir. Xalqımızın əlifbası, yazısı, danışıq dili haqqında inandırıcı mülahizələr söylənir. Qədim Azərbaycan ərazisində skiflərin, sakların, massagetlərin çarıqları haqqında qiymətli fikirlərlə bərabər, onların arealları düzgün göstərilir.  Müəllifin Albanlar və Albaniyada qəbilələr haqqında konkret söyləmələri xüsusi ilə qeyd olunmalıdır. Məsələn, qədim İjnmaxa tayfalarının adı Şamaxı, Xursan adları ilə bağlıdır və indiyə qədər ərazimizdə yaşamaları bu cəhətdən qiymətlidir.
 Şamaxı ətrafında yaşayan farsdilli xalqların kütləvi şəkildə Alban ərazilərinə köçürülməsi ərəblərin atəşpərəstləri təqib etməsi ilə əlaqədardır. Bu da Miladdan əvvəl VI-VII əsrinə təsadüf edir. Abşeron ətrafı tayfaların - farsdilli tatların bu ərazilərdə məskunlaşması çox qədimlərə gedib çıxır. Bu tayfalar qədimdən bu ərazilərdə yaşamışlar. Bu da atəşpərəstliyin Bakı ərazilərində geniş yayılması və ilkinliyi ilə bağlıdır. Əksinə tat adlanan yəhudilər buralara köçüb gəlmədirlər. Farsdilli tatlarlar qədim azərilərdir.
 Xursan kəlməsinin türklüklə, o cümlədən hunlarla bağlılığı da inandırıcı deyildir: ona görə ki bu kəlmə atəşpərəstlikdən gəlmədir. Bəlkə də tatlarla əlaqədardır. Çünki bu kəlməni abşeronlular daha çox işlətmişdir. Hələ Bakının ilkin adının Xunsar-Xursar olması da ehtimal edilir. 
 Herodot mağları Avestaya görə tanınmışdır. Sasani dövründə isə mağlar tayfa kimi yox, sırf atəşpərəst dininin aparıcıları kimi baxmışlar. Bu da Sasani siyasətinə əlverişli idi, ona görə ki Sasanilər Əhəməni dövründən həmin tayfa və dini başçıların- muğların üsyançılığına bələd idilər. Hətta mağlara hörmət əlaməti olaraq I Şapur ölkəsini “Mağustan” adlandırmışdır (Bax: V.Q.Lukonin, “Kultura Sosanidskoqo İrana”). 
 Muğ və Muğanlıların qədim Azərbaycanlılara mənsubluğuna dair tutarlı dəlillər vardır. Bu fikirlərini təsdiqləyən ən tutarlı sübut bizə qədər gəlib çıxan miladdan əvvəl IV minilliyə aid Həməşərə-Homaşirə qala şəhərinin qalıqlarıdır. Həmin ərazilərdən tapılmış üstündə Qız qalasının və Atropatena şahının təsviri olan miladdan əvvəl II yüzilliyə aid, Həməşərə ətrafındakı Quru dərə qədim yaşayış yerindən tapılmış sikkədir. Bu ərazilərin atəşpərəst dərgahları daxmaları ilə zəngin olmasıdır. 
 Ümumiyyətlə, mən əsaslı təhlil etmək fikrində deyiləm. “Azərbaycanın etnogenizinə dair” əsəri oxuya-oxuya təəsüflənirəm ki, ilahi, nə üçün başımıza min-min oyun açan bədxahlarımızın və bəzi “sapı özümüzdən” olanların şəxsi münasibətləri hesabına belə dəyərli əsərlərin künc-bucaqda qalmasına dözmüşük. Mən Q.Qeybullayevin bu əsərin tariximizə, dilimizə, etnogenemizə aid indiyə qədər dərc olunan əsərlərin ən dəyərlilərindən biri hesab edirəm. Təki belə əsərlər daha çox olsun. Kitabın azərbaycancaya tərcüməsini səbirsizliklə gözləyirik.

 

  Rəşid Əsgərov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam