Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Nazirin dostunu müavin göndərdiyi Agentlikdə 9,6 milyon manatlıq tenderə hazırlaşır

Nazirin dostunu müavin göndərdiyi Agentlikdə 9,6 milyon manatlıq tenderə hazırlaşır

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bir neçə istiqamətdə iri məbləğli satınalma prosedurlarına başlayıb.

Yenixeber.org: Agentliyin tabeliyində olan Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün dabaq (A.O. SAT 2) xəstəliyinə qarşı peyvənd vasitələrinin satınalınması nəzərdə tutulur. Bu məqsədlə ayrılması planlaşdırılan vəsait 3 milyon 796 min manat təşkil edir.

Bundan əlavə, dabaq (A.O. Asiya 1, SAT 2) xəstəliyinə qarşı digər peyvəndlərin satınalınması da planlaşdırılıb. Bu satınalmanın ehtimal olunan dəyəri 5 milyon 788 min 500 manat olaraq göstərilir.

Həmçinin, kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilər üçün xüsusi geyim forması və fərqlənmə nişanlarının satın alınması nəzərdə tutulub. Bu istiqamətdə ayrılacaq vəsait 55 min 564 manat 73 qəpikdir.

Ümumilikdə Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçiriləcək satınalmaların dəyəri 9 milyon 640 min manatdan çoxdur.

Xatırladaq ki, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovdur. Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri isə Sərdar Hacıyevdir.

Qeyd edək ki, dünən Qaynarinfo-nun yaydığı məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun əmri ilə onun dostu Taleh Zeynalov Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam