Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Separatçılar Qarabağa göndərilmək üçün QRU-nun bazasında təlim keçir

300-ə yaxın Donbass separatçısı Qarabağa göndərilmək üçün hazırda QRU-nun bazasında təlim keçir.

Xeberinfo.com:   Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Ukrayna Ali Radasının deputatı, “İnformasiya müqaviməti” qrupunun rəhbəri Dmitri Tımçuk özünün Facebook səhifəsində paylaşıb. Tımçukun məlumatı barədə“Obozrevatel.ua” yazır.

Deputatın məlumatına görə Donetsk vilayətinin Xartsızk qəsəbəsindən Rusiya silahlı qüvvələrinin Sankt-Peterburq yaxınlığındakı bazasına Donbass sakinlərindən ibarət 300-ə yaxın yaraqlı göndərilib. Həmin yaraqlıların əvvəl qondarma “Donetsk Xalq Resublikasının” 1-ci “ordu korpusunda”xidmət etdiyi bildirilir. Onlar əsasən atıcılardan və minaaxtaranlardan ibarətdir.

 

“Yaraqlılar Rusiya ordusunun kamuflyajını geyiniblər, onların hərbi formasının üzərində salat və tünd-qırmızı rəngli iki lent olan tünd-göy bayraq təsvir olunub. Yaraqlıların içərisindən verilən məlumata görə bu qrup QRU-nun Rusiya ərazisindəki bazasında özəl hərbi  şirkətin “patronajlığı” altında təlim keçir. Təlimlərdən sonra Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak edəcəklər”-Dmitri Tımçuk yazıb

Deputatın bildirdiyinə görə həmin qrupu Donbassdan Rusiyaya üzərində “55”və “23” taktiki işarələri olan “Ural” avtomobilləri ilə aparıblar.

Xatırladaq ki, bir neçə ay əvvəl də Donbass separatçılarının bir qrupunun Qarabağa göndərilməsinə hazırlıq getdiyi barədə Ukrayna mənbələrində məlumatlar yayılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam