Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Rusiyanın aqressiv şovinizm siyasəti bizə nə vəd edir? -ŞƏRH

news content


Ekspert: Moskva ilə münasibətlər zamanı həmişə hazır olmaq lazımdır

Yenixeber.org: Rusiyalı politoloq Vladimir Pastuxov rus millətçiliyinin qorxulu transformasiyası barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, müasir Rusiyada bu anlayış getdikcə daha çox şovinizmə çevrilir və təkcə qonşulara deyil, elə Rusiyanın özünə də təhlükə yaradır.
Millətçilik öz-özlüyündə ideya kimi dəhşətli deyil, – ekspert izah edir. – Bu, xüsusilə də vətəndaşlıq forması kimi izah olunursa, işlək konsepsiyadır. Amma millətçilik şovinizmə çevriləndə, hər şey dəyişir. Təəssüf ki, biz hazırda Rusiyada məhz bunu müşahidə edirik”.

Pastuxov qeyd edir ki, dövlət siyasəti getdikcə daha çox faşizm və nasizm meylli xüsusiyyət qazanır. Üstəlik, onun fikrincə, belə bir vektorun ən böyük təhlükəsi xarici dünyaya deyil, məhz Rusiyanın özünədir: “Yarıya qədər dağılmış imperiyada şovinizm – barıt çəlləyində kibrit kimidir”.

O, istehza ilə əlavə edir: artıq başqırd gənclər forumunda “Mən rusam” mahnısını səsləndirmək “ilanla kirpini cütləşdirməkdən” daha çətindir. Politoloqun fikrincə, bu hələ ancaq başlanğıcdır.

Pastuxov xatırladır ki, yüz il əvvəl məhz “xalqların həbsxanası” ilə mübarizə Rusiya imperiyasında partlayış nöqtəsi oldu. Onun fikrincə, bugünkü vəziyyətdə eyni ssenarinin təkrar olunması riski var – amma bu dəfə nəticələrə nəzarət etmək imkanı daha az olacaq. 

Rusiya bizim bilavasitə qonşumuzdur və belə bir ehtimal bizi narahat etməyə bilməz. Məlumdur ki, imperiyaların dağılması həmişə gözlənilməz və sürətlə baş verir. Əgər bu baş versə, Azərbaycan, qonşu Gürcüstan şimal sərhədində hansı qüvvələrlə üz-üzə qalacaq? Bu, qonşularının ərazilərinə qarşı aqressiya və qarət niyyəti güdən yeni yaranmış quruluşlar olmayacaqmı? Belə bir ehtimala artıq bu gündən hazırlaşmaq mümkündürmü və lazımdırmı?

Xarici ekspertlər bununla bağlı fikirlərini pressklub.az-la bölüşüblər.

Tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun (Kişinyov) direktoru Vitali Andriyevski bəyan edib ki, Putin Rusiyası ilə yanaşı yaşa yaşayan dövlətlər həmişə silahı hazır tutmalıdırlar:

Söhbət coğrafiyadan getmir. Söhbət bizim yaşadığımız reallıqdan gedir. O reallıqdan ki, qonşu aqressivdir, qabaqcadan proqnozlaşdırılması mümkün deyil və dişinə qədər silahlanıb. Söhbət Rusiyanın nə edə biləcəyindən yox, onun artıq nə etdiyindən və təkrar etməyə hazır olmasından gedir.

Hazırda bir çoxları hipotetik olaraq Rusiya Federasiyasının tərkibində yeni muxtariyyətlərin və ya respublikaların formalaşmasının mümkünlüyünü müzakirə edir. Amma problem yeni sərhədlər və ya adlarda deyil. Problem Putin sisteminin hakimiyyəti qoruyub saxlamaq üçün istifadə etdiyi mexanizmlərdədir.

Putin Rusiyasında millətçilik necə işləyir? Açıq-aşkar şovinizmə keçən rus millətçiliyi yaxın illərdə xarici düşmənə qarşı deyil, daxili “fikir ayrılığına” qarşı yönəldiləcək. O, hər cür demokratik meyllərə, Avropa mədəniyyətinə istinad edən hər cür təzahürlərə, insan haqları haqqında danışmaq cəhdlərinə qarşı mübarizə alətinə çevriləcək.

İstənilən azadlıq “Rus əzəməti” şüarı altında əzilməkdə davam edəcək. Rusiyadakı digər xalqların – tatarların, başqırdların, çeçenlərin, inquşların, yakutların, buryatların millətçiliyi ya sovet dövründə olduğu kimi sərt repressiyalarla, ya da Kremlin nəzarətində olan sadiq elitaların vasitəsilə satın alınaraq cilovlanacaq. Bu, çoxdan işlənmiş sxemdir: rəmzi olaraq dəyər vermək, amma əsl hakimiyyəti Moskvanın əlində saxlamaq”, – doktor bildirib.

Onun sözlərinə görə, əsas risk — diqqəti yayındıran müharibədir. “Amma əsas məsələ millətçilikdə deyil. Əsas məsələ daxili narazılığı yönləndirmək mexanizmindədir. Tarix boyu Rusiyada vəziyyət qarışanda – istər sosial etiraz, istər iqtisadi böhran, istərsə də etnik gərginlik olsun – hakimiyyət sınaqdan çıxmış yola əl atır.

Bunu çar Rusiyası da edib – Yaponiyaya qarşı “qələbə ilə yekunlaşan kiçik müharibə” başlayıb.
Putin də 2014-cü ildə belə etdi – Krımın ilhaqı.
2022-ci ildə isə artıq Ukrayna ilə genişmiqyaslı müharibə.

Müharibə universal üsuldur:
• Vətənpərvərlik isteriyasını alovlandırmaq;
• Əhalini hakimiyyət ətrafında birləşdirmək;
• İstənilən etirazı xəyanət, istənilən fikir ayrılığını sabotaj elan etmək;
• Ölkə daxilində olan-qalan azadlığı “xüsusi rejim” və ya “milli səfərbərlik” adı altında məhv etmək.

Bu niyə bütün qonşular və təkcə qonşular üçün deyil, hamı üçün təhdiddir? Hamı başa düşməlidir: Putin Rusiyasından yaxşı nəsə gözləmək lazım deyil, amma hərbi xarakterli problemlər də daxil olmaqla, digər təhdidlər mümkündür. Rusiyanın tanklarla hücum edəcəyi mütləq deyil. Amma gərginlik yarada, dağıdıcı qüvvələr, təbliğat, şantaj, enerji zərbələri, qaçqınlar, sabotaj, hibrid hücumlarla vəziyyəti nəzarətdən çıxara bilər. Bu, müasir müharibə formasıdır – elan edilməyən, amma nəticələri olan müharibə.

Buna görə də, Putin Rusiyası ilə yanaşı yaşadıqda barıtı həmişə quru saxlanmaq lazımdır. Bu, sağ qalmaq strategiyasıdır.

Bu o deməkdir ki:
• davamlı dövlət sistemi qurmaq;
• müdafiə və təhlükəsizliyə sərmayə qoymaq;
• cəmiyyətin dözümlülüyünü və media savadlılığını inkişaf etdirmək;
• ən mənfi ssenarilərə hazır olmaq lazımdır – biz bunu istəyirik deyə yox, qonşu hər şeyə qadirdir deyə.

Putin Rusiyası — müharibəni mövcudluq formasına çevirən dövlətdir. Biz hələ uzun müddət onunla yanaşı yaşamalı olacağıq. Amma sadəlövh yox, hazırlıqlı yaşamalıyıq. Barıt quru saxlanmalıdır. Daima”, – Andriyevski əmindir.

Öz növbəsində rusiyalı siyasi ekspert, Tiflisdə yaşayan Eqor Kuroptev bildirib ki, ən yaxşı plan – yaxşıya ümid et, pisə hazır ol planıdır.

 “Bu vəziyyətdə ən yaxşısı Rusiyada rejimin çökməsi, pis isə onun möhkəmlənməsi və qonşulara qarşı yeni aqressiyadır.

Hər şeydən əvvəl qeyd edək ki, Rusiya imperiya deyil və ümumiyyətlə qlobal yox, regional dövlətdir. Əgər iqtisadiyyatın müharibəyə deyil, ölkənin inkişafına xidmət etməsini qəbul etsək… onun, çox qeyri-effektiv iqtisadiyyatı var. Aqressiv siyasətə və mafiya-çekist rejiminə sahibdir.

Rusiya dağılmayacaq, amma müəyyən anda rejim çökəcək. Bu da qaçılmaz olaraq xaos dövrü olacaq. Xaos əsasən daxili əhatə edəcək, buna görə də, qonşulara vaxt çatmayacaq. Hazırkı ziddiyyətlər Rusiyadakı milli respublikalarla millətçilik kampaniyası aparan Kreml arasında lokal etirazlara və qarşıdurmalara çevrilə bilər. Amma ayrılmaqdan söhbət gedə bilməz – milli respublikaların iqtisadiyyatına baxmaq kifayətdir ki, belə bir tələb olmadığını başa düşəsən.

Dillərə, adətlərə hörmət edilməsi, daha çox maliyyələşdirmə və sairəyə tələb var. Amma separatizmə tələb yoxdur. Bununla belə, Kreml milli respublikaları hüquqlarını pozmaqda davam etsə, gələcəkdə nə baş verəcəyini proqnozlaşdırmaq çətindir.

Buna baxmayaraq, Rusiyanın hər hansı formada aqressiyasına hazırlaşmaq daha yaxşıdır. Çünki pis ssenariyə hazırlıq digər mümkün ssenarilərə qarşı da müdafiə imkanı yaradır”, – Kuroptev belə hesab edir.

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam