Redaktor seçimi
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
Günün xəbəri

DİN-də əməliyyat müşavirəsi keçirilib, azad olunan ərazilərdə mövcud əməliyyat şəraiti təhlil edilib- FOTOLAR

 

Daxili İşlər Nazirliyində iyulun 25-də işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib.

Yenixeber.org xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə keçirilən müşavirədə bölgədə mövcud əməliyyat şəraiti, şəxsi heyətin xidməti fəaliyyəti və əhali ilə qurulmuş qarşılıqlı əlaqə təhlil edilib.

Qeyd olunub ki, həmin ərazilərdə ictimai qaydanın qorunması, yerli əhalinin, turistlərin, eləcə də əmlak və şəxsi təhlükəsizliyin təmin olunması, maarifləndirici-profilaktik tədbirlərin davam etdirilməsi prioritet istiqamətlərdən olmaqla diqqətdə saxlanılmalıdır.

Müşavirədə xüsusilə yanğın təhlükəsizliyi məsələlərinə geniş yer ayrılıb. Yay mövsümündə havaların isti və quraq keçməsi fonunda meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığı, buna qarşı profilaktik tədbirlərin intensivləşdirildiyi vurğulanıb.

Aidiyyəti xidmət rəhbərlərinə bölgədə nəzarətin gücləndirilməsi, riskli sahələrdə fasiləsiz monitorinqin aparılması, vətəndaşlar arasında odla ehtiyatsız davranışın doğura biləcəyi təhlükələrlə bağlı davamlı izahat işlərinin həyata keçirilməsi, xidmətin yüksək peşəkarlıqla və əzmlə aparılmasının vacibliyi barədə konkret tapşırıqlar verilib.

Diqqətə çatdırılıb ki, müvafiq ərazilərdə asayişin təmini, əmlak və ekoloji təhlükəsizliyin qorunması, o cümlədən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi sahəsində daxili işlər orqanlarının üzərinə düşən vəzifələr tam icra olunmalıdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam