Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Ankara-Brüssel münasibətləri yolayrıcında:Qapılar açılır, ya tamamilə bağlanır?

news content


Türkiyə Aİ üçün “körpüdən əvvəl son çıxışdır” – Ərdoğan israr edir

Yenixeber.org: Türkiyə Avropa İttifaqının (Aİ) onun Avropaya inteqrasiyası yolundakı siyasi maneələri dərhal aradan qaldıracağına ümid edir. Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyənin Aİ-yə üzv olması ilə bağlı danışıqların yenidən canlanması və inkişaf etməsi bir gün belə ləngiməməlidir. Bu proses dərhal baş tutmalıdır. Aİ-dəki bütün tərəfdaşlarımıza deyirik ki, biz təşkilata tamhüquqlu üzvlük hədəfimizə sadiqik. Əgər Aİ bu məsələyə strateji və uzaqgörən siyasətlə yanaşa, dərhal müvafiq addımlar atmaları üçün heç bir maneə olmayacaq. Türkiyəyə qarşı siyasi maneələr təcili olaraq aradan qaldırılmalıdır. Biz Aİ ölkələrinin Türkiyə ilə ədalətli və bərabər əsasda münasibətlər quracağını gözləyirik”, – Ərdoğan jurnalistlərə bildirib. 

Dövlət rəhbəri əlavə edib ki, həm Avropa qitəsində, həm də onun ətrafında baş verən hadisələr Türkiyənin Aİ-yə qəbul etməsinin zəruriliyini diktə edir:
Əgər Avropada və onun ətrafında baş verən hadisələri, eləcə də Aİ daxilindəki fikir ayrılıqlarını nəzərə alsaq, Türkiyə kimi problemlərin həllinə yönələn dinamik üzvə ehtiyacın olduğu aydın görünür. Dəfələrlə qeyd etdiyim kimi, Türkiyə Aİ üçün körpüdən əvvəl sonuncu çıxışdır. Dünya dəyişir, Avropa da artıq dəyişib. Köhnəlmiş və israrla müdafiə edilən siyasi yanaşmalardan azad olmaq Aİ-yə yeni dövrə qədəm qoymağa imkan verə bilər. Türkiyə olaraq biz Aİ-yə tamhüquqlu üzvlüyə hazırıq”.

Xatırladaq ki, Türkiyə 2005-ci ildən bəri Aİ-yə tamhüquqlu üzv qəbul edilməyə çalışır. Danışıqlar prosesində əsas maneələrdən biri Kipr məsələsidir. Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirmişdi ki, Aİ-yə üzvlük ölkənin strateji hədəfidir. Lakin Ankara onun birliyə qəbul məsələsinin Kipr problemi ilə əlaqələndirilməsinə qarşı çıxır.

Maraqlıdır, Ərdoğan bu cür prinsipial bəyanatla çıxış edərkən nə dərəcədə ciddidir? O, Türkiyənin Aİ-yə üzv olmasını doğrudanmı bu qədər istəyir? Yoxsa o, Aİ-yə üzvlük perspektivinin uzaq olduğunu bilə-bilə bu cür bəyanat verir? Əgər belədirsə, bu çıxışın arxasında hansı məqsədlər dayanır?

Suallarımızı region üzrə tanınmış ekspert, Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov cavablandırıb.

Onun sözlərinə görə, hazırda Ərdoğanın unikal mövqeyi yaranıb.:
Son bir ildə onun xarici siyasətdə bir sıra uğurları olub. Buraya Suriya məsələsi, Cənubi Qafqazda mövqelərinin güclənməsi, ABŞ-la münasibətlərdə yeni xəttin formalaşması və PKK-nın tərk-silah edilməsi daxildir. Sonuncu, bir çoxları üçün gözlənilməz dönüş oldu. Bütün bu proseslər Rusiya tərəfindən Ukraynaya qarşı aparılan təcavüz fonunda yeni reallıq yaradır. Avropada ABŞ-ın hərbi güc olaraq hər an Aİ-dən çəkilə biləcəyi anlayışı güclənib və Avropa ölkələrinin təhlükəsizliyinin artıq onların öz güclərinə əsaslanmalı olduğu qənaəti formalaşıb. Bu mənada, Türkiyənin Aİ üçün əhəmiyyəti kəskin şəkildə artıb”, – ekspert qeyd edib.

Bununla belə, araşdırmaçının fikrincə, Türkiyənin artan əhəmiyyətinə baxmayaraq, Aİ-nin genişlənməsi prosesi ciddi problemlərlə üz-üzədir.
Hətta, ilk baxışdan artıq həll olunmuş proses kimi görünən Ukrayna ilə danışıqların başlanması belə müəyyən çətinliklərlə üzləşir – məsələn, Macarıstan kimi ölkələr maneələr yaradır. Aİ-də bəzi dövlətlər var ki, ən azı bu gün Türkiyəni üzv kimi görmür. 2030-cu ilə qədər olan büdcəyə və ondan sonrakı proqnozlara baxsaq, Ukrayna və bəlkə də Qərbi Balkanlardan bir ölkə istisna olmaqla, Aİ-nin başqa ölkəni qəbul etməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur.

Aİ-yə üzvlük maliyyə xərcləri tələb edir – əsasən, regional inkişaf fondları vasitəsilə yeni üzvlərin iqtisadi səviyyəsinin orta vəziyyətə çatdırılması üçün maliyyə yatırımları şəklində. Buna görə də, Türkiyənin Aİ-yə daxil olmasının real perspektiv olduğunu söyləmək çətindir. Nə büdcə planlarında, nə siyasi bəyanatlarda, nə də praktiki hazırlıqlarda bunu göstərən heç bir amil yoxdur. Hazırda bu prosesin lobbiçiliyini öz üzərinə götürən heç bir ölkə də yoxdur. Ukrayna məsələsində bu rol əvvəlcə Polşanın, Baltik ölkələrinin, indi isə Almaniya və hətta Fransanın üzərinə düşürsə, Türkiyə ilə bağlı belə bir lider yoxdur”, – ekspert bildirib.

Bununla belə, Danilov hesab edir ki, Ərdoğan bu bəyanatlarla Aİ ilə daha geniş mövzular ətrafında danışıqlar üçün çərçivə yaradır.
O, əməkdaşlıq üçün alternativ yollar axtarışını fəallaşdırır. Aİ ilə viza rejiminin daha da liberallaşdırılması Ərdoğanın marağındadır – bu istiqamətdə son illər çətinliklər vardı. İndi Türkiyə vətəndaşlarına Şengen vizalarının verilməsində irəliləyişlər mümkündür. Yəqin ki, Ərdoğanın suriyalı qaçqınların geri qaytarılmasına yardım edəcəyi təqdirdə, bu məsələ ilə bağlı Aİ ilə razılaşmalar əldə olunacaq. Xatırladaq ki, suriyalı qaçqınlar məsələsi Almaniya və digər ölkələr üçün daxili siyasi gərginlik mövzusudur. Həmçinin, qarşılıqlı gömrük rüsumlarının ləğvinə dair ticarət sazişlərinin genişləndirilməsi istiqamətində də irəliləyiş gözlənilə bilər. Ərdoğan, şübhəsiz, təhlükəsizlik məsələləri üzrə də Aİ ilə dialoqda maraqlıdır”, – deyə ekspert yekunlaşdırıb.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam