Universitetlərdə təhsil haqları artırılacaq? -RƏSMİ CAVAB
Təhsil haqqının artırılması ilə bağlı hər hansı məsələ hazırda gündəmdə deyil.
Yenixeber.org xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
Onun sözlərinə görə, təhsil haqqı Nazirlər Kabinetinin müvafiq qərarı əsasında təsdiqlənir.