Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

ZƏBT OLUNAN TORPAQ SAHƏLƏRİ, QANUNSUZ TİKİLƏN VİLLALAR, RESTORANLAR... –Həbsxanadan şok məktub

ZƏBT OLUNAN TORPAQ SAHƏLƏRİ, QANUNSUZ TİKİLƏN VİLLALAR, RESTORANLAR... – Həbsxanadan şok məktub

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məmmədov Ədalət Məhərrəm oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Yenixeber.org: İqtisadiyyat naziri Mikayıl Cabbarova və Baş prokuror Kamran Əliyevəvə müraciət edən Ə.Məmmədovun məktubunu olduğu kimi dərc edirik:

“Cənab nazir!

Sizə müraciətim 1996-cı ildən 2018-ci ilədək Daxili İşlər Nazirliyində (DİN) xidmət etmiş Qarayev Nizami Müslüm oğlunun qanunsuz əməlləri ilə bağlıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, DİN-də fəaliyyəti dövründə vəzifə mövqeyindən sui-istifadə, vəzifə saxtakarlığı, qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən N.Qarayev xidmət etdiyi rayonların ərazisində gördüyü boş torpaq sahələrini qanunsuz olaraq hasarlayaraq zəbt edib, geyindiyi polis mindirindən yararlanaraq, öz biznesini qurub, vəzifədə ola-ola kapital toplayıb.

Belə ki, Qarayev Nizami Müslüm oğlu “uzaqgörən siyasəti” ilə Nizami rayonunda iki yerdə - NZS də 2 ədəd kafe, 2 villa, avtoyuma məntəqəsi, aptek açmış, Sabunçu rayonunda uşaq bağçası, Xətai rayonunda isə “Narzan” restoranı işlətməkdədir.  Zəbt etdiyi torpaq sahələrində müxtəlif iaşə obyektləri tikdirməkdən əlavə, onlardan istifadə zamanı da qanunsuz əməllərindən əl çəkməyərək, vergidən yayınma, müqaviləsiz işçilər işlətmək hallarına yol vermiş, o cümlədəm kommunal-enerji resuslarından da qanunsuz istifadə etmişdir. Aldığım dəqiq məlumata əsasən, 2017-2020-ci illərdə sayğaclara etdiyi müdaxilə nəticəsində, eləcə də qanunsuz olaraq birləşdirdiyi kommunal xətlər hesabına dövlətə 100 min manatdan çox ziyan vurmuşdur. O, hazırda da çirkin əməllərindən əl çəkməyib. Məsələn, təkcə “Narzan” restoranının fəaliyyəti Dövlət Vergi Xidməti, Prokurorluq orqanlarıı, AQTA, “Azərqaz”,“Azərsu” və “Azərişıq” tərəfindən yoxlanılarsa, ciddi pozuntularının aşkara çıxacağı şübhə doğurmur.

Şübhəsiz, yuxarıda qeyd edilənlər təsdiqini taparsa, Nizami Qarayev AR Cinayət Məcəlləsinin 213, 189.1, 308 və s. maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qərarı çıxarılmaqla yanaşı, qanunsuz inşa edilən restoranın fəaliyyəti də dayandırıla bilər.

Bu baxımdan, Sizdən dövlətə külli miqdarda ziyan vuran Qarayev Nizami Müslüm oğlunun fəaliyyətinin araşdırılmasına göstəriş vermənizi xahiş edirəm”.

Hazırladı: Jalə FAMİLQIZI, "Hurriyyet"

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam