Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu

media-zakir

“AZTİKİNTİSERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən keçirilən iki tenderin qalibi olub.

Yenixeber.org: Məlumata görə şirkət Vəlvələçay-Taxtakörpü kanalının sağ sahil hissəsində (PK177+60–PK182+20) sürüşmənin qarşısının alınması məqsədilə yamaclarda terrasların əsaslı təmiri işlərini 197.378,01 manat müqabilində yerinə yetirəcək.

Bundan əlavə, “AZTİKİNTİSERVİS” MMC torpaq məcralı (Q=1,5 kbm/san) Qıraq Kəsəmən arxının (L=1,5 km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərinin satınalınması üzrə keçirilən tenderdə də qalib seçilib. Bu işin dəyəri isə 157.182,42 manat təşkil edir.

Hər iki tender üzrə şirkətlə ümumilikdə 354.560,43 manat dəyərində müqavilə bağlanacağı gözlənilir.

Əldə etdiyimiz digər məlumata görə, tender qalibi olan “AZTİKİNTİSERVİS” MMC-nin dövlət büdcəsinə 82.970,62 manat vergi borcu var. Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Paşa Papaqçıyev Yusif oğludur.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanuna əsasən, vergi borcu olan şirkətlərin tenderdə iştirakına icazə verilmir.

Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.(32gün.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam