“İslam dinini türklər xilas edəcək”
Bu günlərdə millət vəkili Fazil Mustafanın “Tarixdə Azərbaycan dövləti olmayıb” fikri xeyli müzakirəyə səbəb oldu.
"Xeberinfo.com": Məlumata görə, bəziləri bu fikirlə razılşasalar da tarixçilər millət vəkilinin ifadəsini qəbul etmədiyini bildirdilər. Məsələyə daha dərin yanaşmaq üçün tarxiçi professor Dilavər Əzimli ilə söhbət etdik. Tarixçi qeyd etdi ki, hal-hazırkı vəziyyət üçün belə ifadələr işlətmək yolverilməzdir:
“Mənə elə gəlir ki, Fazil bəy öz fikrini düzgün izah edə bilmədi. Bəlkə də o təkzib etmək istəmirdi amma məntiq belə alındı, onun sözlərindən belə çıxdı ki, 1918-ci ilədək Azərbaycanda dövlət olmayıb.
Əslində bu ərazidir, Azərbaycan adlı bir ərazi var. Bu ərazinin sərhədləri Həmədandan başlayaraq Şərqi Anadoluyadək uzanır, digər tərəfi isə cənubi Qafqaz, Dərdbənd, İrandır.
“Azərbaycan” adı çox qədimlərdən işlənilib. Bu haqda bizə məlumat əsasən 7-ci əsr mənbələrindən gəlib çıxıb, bundan əvvəl müxtəlif formada işlənilirdi. Amma sırf “Azərbaycan” adı olması ərəblərin məhsuludur. Yəni orda hərif dəyişməsi nəticəsində “azər” sözü yaranıb. “Xəzər” sözü də çox müzakirərlər səbəb olmuşdu. Sonra aydın oldu ki, sən demə bu söz “oğuz” deməkdir, ərəblər əvvəl “buz” sonra isə “xəzər” adlandırıblar. Oğuz deyilən türkləri biz çox cavanlaşdırırıq, yəni araşdırmanı 7-ci əsrdən başlayırıq. Çox təəssüflə deməliyəm ki, biz tariximizi daha çox ermənilərin, rusların, ərəblərin, farsların yazısınıa əsaslanırıq. Hötenin bir sözü var: ”dövründən aslı olmayaraq dünya tarixi yenidən yazılmalıdır”. Zamandan aslı olaraq yeni nəzəriyyələr meydana gəlir. Biz tariximizi həmişə Avropa və “Altay” nəzəriyyəsi ilə öyrənmişik. Qardaş Türkiyə dövləti də daxil olmaqla Orta və mərkəzi Asiya hələ də Altay nəzəriyyəsindən ayrılmayıb. Halbuki, “Urmiya” nəzəriyyəsi var, hansı ki, biz ondan çox məlumat öyrənə bilərik.
Atatürk: Anadoluda 7 min il əvvəl oğuzlar yaşayıb
Azərbaycan ərazisi dünyanın yarandığı nöqtələrdən biridir. Avropa alimləri də təsdiq etdilər ki, həyat Xəzər sahillərindən başlayıb sonra isə ətrafa yayılıb. İtalyanlar qəbul etdilər ki, Roma imperiyasının padşahlarında 4-ü və yaxud 5-i türk olub, sonradan onları yıxıb məhv ediblər. Azərbyacan sözünün kökündə “adər, odə, oğuz” sözləri var, bu sözlərdən yaranıb. Gələcəkdə bu öz təsdiqini tapacaq ki, oğuzların tarixi 7-8 min il əvvələ gedib çıxır. Türklərin müxtəlif qolları var, ancaq ən qədimi olanı oğuzlardır. Oğuzlar indiki Türkiyə ərazisində məskunlaşan xalqlardır.
Atatürk deyirdi ki, Anadoluda 7 min il əvvəl oğuzlar yaşayıb. Ancaq nədənsə türk alimləri yeri gələndə buna istinad etmirlər. Atatürk böyük adam olub və məni bu insan bir tarixçi kim çox valeh edir. O, Amerikaya və Sibirə bir dəstə göndərir. Amerikadan qayıdan tətdqiqatçılar bildirirlər ki, ordan xeyli sayda sənəd tapıblar. Məlum olub ki, orda yaşayan xalqların qədimliyi gedib türklərə çıxır. Sibirdəki axtarış isə dayanır. Cavab gəlir ki , burda Mu adlı itmiş bir qitə olub. Atatürk bu qitənin sakinlərinin axtarışı üçün axtarışı üçün sərəncam verir və məsləhər görürür ki, axtarış Sakit okeanın ərazisində axtarılsın. Koreyalılar özlərini birmənalı türk hesab edirlər, yaponlar isə özlərini türk adət-ənənələrini götürmüş, hətta türkdən yoğrulmuş bir xalq kimi təqdim edirlər. Qeyd edim ki, yaponların bir xalq kimi formalaşmasına kömək edən birbaşa türklər olub.
Dünya tarixşünaslğı iki mənbə: Roma- yunan və ərəb tarixçilərinin qoyduğu ənənələrinin arasında dayanıb. Avropada daha çox roma-yunan mənbələrinə istinad edilir. Bu tarixçilər daha çox eşitdiklərini yazıb, ərəb tarixçiləri isə döyüşlərdə iştirak edərək gördüklərini yazıblar. Doğrudur ərəblər öz mənafelərinə xeyir edəcək şəkildə yazıblar amma çox lazımi məlumat qoyub gediblər. Həmin mənbələrdə “Azərbaycan ərazisi” sözü işlədib.
Budaq Qəzvini yazır: ”Dövləti azərbaycan paytaxtı Təbriz”. Və ya mənbələrdə yazılır: ”Dövləti Şah İsmayıl vətənə daxil oldu-ruh bədənə daxil oldu”. Yəni bədən Azərbaycandır, ruh Şah İsmayıl. Bəzi mənbələrdə Azərbaycan dövlət kimi əks olunur.
“İslam dinini türklər xilas edəcək”
Məhəmməd peyğəmbər deyirdi ki, “İslam imtahana çəkiləcək, təhlükəli vəziyyətdə olacaq. Onu türklər qurtaracaq”. Peyğəmbərin türklər haqda yüzlərlə, minlərlə deyimləri var. Bu yaxınlarda bir ərəbşünas dostum mənə dedi ki, ərəb mənbələrində yeni bir məlumat əldə edib. Həzrət Əli deyib ki, “nə zaman ki, türklər zamana, dünyaya sahib çıxacaq, məhz o zaman İmam Mehdi zühr edəcək”.
Bir faktı da qeyd etmək istərdim. Bu yaxınlarda Cənubi Azərbaycandan olan bir dostumuz bizə yazdı ki, orda bir fars tarixçisi İran, Azərbaycan və Əfqanıstan dağlarında bir müşahidə aparıb və orda olan gerblərin, damğaların şəklini çəkir. Gətirib qarşısına qoyanda ordakı olan yazıları oxuya bilmir. Araşdırmaq üçün onları Fransaya göndərir. Fransa tarxiçiləri oxuyub görüblər ki, bu türk damğalarıdır. Eradan 2 min il əvvəl. Hətta oxudqlarında oğuz sözünə də rast gəlinib, oğuz boyları oxunub. Sübut olunub ki, vaxtilə o ərazilərdə vahid dövlətlər olub.
“Öz mübarizliyimiz olmasaydı Azərbaycan Cumhuriyyəti yaranmazdı”
Artıq 1918-ci ildə Azərbaycan dövləti birmənalı şəkildə Azərbaycanın şimalına şamil olundu. Lakin yenə Azərbaycan bir şimalla məhdudlaşmayıb. Rəsulzadənin böyüklüyü ondan ibarət idi ki, o bu adı verdi, o dövrdə Azərbaycanın bölünmə məsələsi var idi. Onun bir hissəsinə ermənilər, bir hissəsinə gürcülər, bir hissəsinə (Bakı Şirvan və Şamaxıya) Rusiaya yiyələnmək istəyirdi. Həmin vaxtlar Osmanlı imperiyasının yardımı, müəyyən mənada Qafqazada gedən münasibətlər, Azərbaycan xalqının özünün mübarizliyi bunun qarşısını aldı. Deyim ki, bəzən öz mübarizliyimizi kölgədə qoyuruq, yəni öz mübarizliyimiz olmasaydı Osmanlı imperiyası ilə birgə bu məsələnin önünə çıxa bilməzdik. Belə bir zamanda ad vermək məsələsi meydana çıxdı, bu çox ciddi məsələ idi. Buna görə İran bizə nota verdi, hətta Rusiaya da bu adın verilməsini istəmirdi. Osmanlı dövləti başa düşəndə ki, Turan dövlətini yarada bilməyəcək, istəyirdi ki, bunu Azərbaycanda yaratsın. Lakin M.Ə.Rəsulzadə Cumhuriyyət dirənişini göstərdi, onun sayəsində birinci Azərbaycan məsələsini qoydular. Bu məsələni qoymaqla bir növ rəsmiləşdirdilər, yəni pasport verdilər. Bir məqamı da unutmaq olmaz, o zaman qurulan dövlət Azərbaycan Respublikası deyil, Azrəbaycan Cumhuriyyəti adlandı, “cumhur” xalq deməkdir. Bu baxımdan deyim ki, M.Ə.Rəsulzadənin bu addımı çox doğru addım idi. O, Azərbaycanı önə çıxartdı, parçalamaqdan qorudu və öz adını saxladı. Hesab edirəm ki, M.Ə.Rəsulzadə bu adı götürməsəydi biz bu gün Cənubi və Şimalı Azərbaycan sözlərini işlədə bilməyəcəkdik.
Buna görə də demək olmaz ki, Azərbaycan dövləti 1918-ci ildə yaranıb, xüsusən də indiki zamanda bu yolverilməzdir.
“Hannibal, Napaleon türk qoşunlarının bir bölümünə belə rəhbərlik edə bilməzdi”
-Azərbaycanda hamlıqla qəbul edilən qəhrəman yoxdur. Məsələn Ş.İ.Xətai, Babək, Koroğlu haqda müxtəlif mülhizələr var. Lakin xarici dövlətlərə nəzər salanda onların hər kəs tərəfindən qəbul edilmiş qəhrəmanı olduğunu görürük..
- Hər bir xalqın qəhrəmanı onun öz qızları və oğlanlarıdır. Lakin qalib dövlət həmişə tarixi öz prizmasından yazmağa çalışır. Arxivlərdə, mənbələrdə saysız-hesabsız müxtəlif məlumatlar var. Təssüf ki, bu məlumatları araşdırılması müstəqilliyimizin yarandığı vaxtdan başlanılıb. Bundan əvvəl oxunan tarix isə qalib dövlətlərin yazdığı tarixdir. Azərbaycanını tarixi şəxsiyyətləri o qədər möhətəşəmdir ki, onlar haqqlında həyəcansız danışmaq mümkün deyil. Ərəblər öz qəhrəmanlarını elə təsvir edirlər ki, insan o haqda oxuyanda valeh olur. Halbuki, tarixçilərə məlumdur ki, ərəb sərkərdələri insanları yataqda öldürüb, divarlara hörüblər. Lakin bunu Əməvi, Abbasi tarixçiləri qəhrəmanlaşdırıb veriblər. Bunları oxuyan yazılarda qeyd edildiyi kimi düşünürlər. Cəvahirləl Nehru Mahatma həbsxanada olarkən qızı İndira Qandi ilə məktublaşır. Mən şəxsən bu məktubların 32-dən çoxunu oxumuşam. İndira Qandi yazırdı: “Ata, universitetdə elə tarixi şəxsiyyətlər oxuyuram ki, onlara valeh oluram”. Atası ona cavab yazır :”qızım onlar kimlərdir?”. İndira Qandi yazır: “Napoleon, Hannibal və s”. Atası cavabıında yazır: “Qızım, sən şərq sərkərdələrini oxu. Sənin valeh olduğun Hannibal, Napoleon onların bir bölmünə rəhbərlik edə bilməz”.
“Bəzən deyilər ki, Şah İsmayıl Xətai adam əti yeyib...”
Əmir Teymur, Ş.İ.Xətai və s. kimi qəhrəmanlar bizim pasportlarımızdır. Sadəcə bizimkilər araşdırmalarla o qədər də tanış deyillər, buna görə də xeyli müzakirələr yaranır. Məgər Avropada Bismarkı müzakirə etmək olar? Halbuki, Bismark Avsrtiyanı qan dəryasında boğmuşdu. Gəlin hesablayaq görək, Napaleon, Bismark haqqında nə qədər maarifləndirici kitablar, tarixi araşdırmalar, disertasiyalar var. Amma Xətai haqqında bəlkə də 10-15 disertasiya yazılıb. Buna görə də bu cür problemlərlə qarşılaşırıq.
Bəzən deyirlər ki, Ş.İ.Xətai adam əti yeyib. Həmin mənbələri biz də oxuyub, tərcümə etmişik. Bu günəcən el arasında belə bir məsəl hələ də var-“Başımın lap ətini yedin”. Bu məcazi mənada işlənilir. Tapılan mənbələrin əvvəlində yazılır ki, içəridə işlədilən yazılarln əksəriyyəti bənztəmələrdir. Bunu tərcümə edəndə sözlərlə ehtiyatlı olmaq lazımdır. Bəyəm 16-cı əsrdə adam əti yeyilirdi? Doğrudur vəhşi divizyalar bu gün də var. Mənbədə belə bir söz yazılıb: ”Qızılbaşlıar onun ətini yedilər”. Bu söz məcazi mənada işlənilib. Azərbaycanın tarixi qəhrəmanları çox ləyaqətli insanlar olub, onlar müzakirə ediləsi insanlar deyil.
Bizim nə qədər qadın sərkərdələrimiz var, götürək elə Tomrisi. Tomrisi bəzən müzakirə obyektinə çevirirlər. Tomris bizim ərazidə döyüşüb, özü də qılıncla döyüşüb, bu heç də asan məsələ deyil. Romalılara qarşı minə qədər amazonkalar döyüşürdü, onlar Azərbaycan qadınları idi. Ş.İ.Xətainin həyat yoldaşının ətrafında olan min qadın Çaldıran döyüşündə vuruşdu. Bu qadınlar 5 yaşından döyüşə hazırlanır, ata minməyi öyrənir. Amma indi bunu müzakirə edirlər. Siz müzakirə edin ki, incə məxluq olan qadınlar necə döyüşüb.
- Sizcə, belə müzakirələr kimə və nə üçün lazımdır?
- Bu məqamda üç xətt var:
1)Ən əsası tariximiz faktlar, qəhrəmanlarımız haqda məlumat azdır. Hal-hazırda üç cilddə Azərbaycan tarixi hazırlanır. Dediyim məsələlər orda öz əksini tapacaq. Doğrudur bu kitab üçün çalışanlar çox az maaş almaqlarına baxmayaraq tarix sevgisindən irəli gələrk bunu çox gözəl şəkildə hazırlayırlar. Yəni hazırlayan şəxslər tarixin fanatlarıdır. Azərbaycanın qədim dövrlərindən bu yana bütün tarixi işlənilir. Onun da deyim ki, indi dünyanın əksər tarixi arxivləri bizimlə əməkdaşlıq edir. Belə ki, Hindistan, İngiltərə, Fransa artıq arxivlərini bizim üzümüzə açır, Vatikandan, İrandan belə bizə sənədlər gəlir.
2)İknci amil-reklamdır. Kimsə özünü cəmiyyətə cəlb etmək üçün bəzi ifadələr və mülahizələr işlədir.
3)Üçüncü xətt-bax bu qorxulu xəttdir. Bu- Azərbaycanala qardaş Türkiyə dövlətinin arasında olan münasibətə zərbə vurmaq üçün təşkil edilir. Bu xəttin kökünə söykənir Çaldıran döyüşü. Əslində Çaldıran döyüşündən də amansız döyüşlər olub.
Bəzən sünni-şiə məsələsini atrılar ortaya. Amma 16-cı əsrdə din barəsində məsələ olmayıb. Bu məsələ sonradan irəli çıxıb, bu sadəcə aranı vurmaq üçündür. Söhbət vahid ərazidən gedir. Şərq fatehləri bu vahid əraziyə can atıblar. Vahid ərazini də yaratmaqda məqsəd böyük Turan yaratmaq fikri olub. Sultan Səlim hər zaman deyirdi: “..mən bu turanı yaradacam”. Xətai də, Şeyx Şamil dəbu fikirdə idi. Çaldıran döyüşü isə bu amili parçalayırdı. Buna görə də Çaldıran döyüşünün üzərində çox dayanılır, müzakirələr aparılır.
“... fərmanlar oxunmazdan əvvəl saz çalınarmış”
Xətai dövründə şiə məsləsi olmayıb, onun dövründə sırf süfilik idi. O axı necə şiə ola bilərdi ki, onun saçları uzun idi, əlində saz var idi. Onun dövründə fərmanlar oxunmazdan əvvəl saz çalınarmış. Şiəlik məsələsini artıq siyasiləşdiriblər. Mənbələrdə şiə-sünni yoxdur, mənbələrdə həməvilik, cəfərilik, malikilik var. Bunlar da əhli-beyti sevənlərdir.
-Dərsliklərdə 1918-20-ci illədə Azərbaycanın keçdiyi tarixi yol barəsində olan məlumatlar o qədər də qənatəbəxş deyil.
- Bu fikirlə tamamilə razıyam. Dərsliklərimiz barədə fundamental işlənilməli, yenidən nəzərdən keçirilməlidir. Orda bir-birini təkzib edən məlumatlara rast gəlirik, Azərbaycan Cümhuriyyəti haqqında məlumat azdır, bunu əminliklə deyə bilərəm. Qeyd etdiyim üç cildlik kitab ərə-ərsəyə gəldikdən sonra dərsliklər bunun əsasında yazılacaq və ona nəzarət artıq Tarix İnsitutunun nəzarətinə keçəcək.
- Azərbaycanlılar niyə öz tarixinə qarşı bir qədər aqressivdirlər?
- Biz Azərbaycan torpaqları üzərindəyik. O torpaq bizə enerji verir və həqiqətən də qeyri-adi bir ərazidir. 8-9 yerə parçalanmasına baxmayaraq hər parşalandığı yerlərdə üzərində olan insanlara sevgi berir. B Zəki Vəlidi Toğan yazırdı ki, Azərbaycan sözünün mənası “tanrılar yurdu” deməkdir. Fəzlullah Nəimi isə yazırdı: “Vəhdətin günəşini Təbrizdə kəşf etdim”...
Azərbaycan övliyaların yurdudur, tanrının özü bu ölkəni şərəfləndirib. Minlərlə disertasiyalar yazıldı bu dövlətin vurulması üçün, ancaq alınmır. Orxan Yenisey abidələrinin 25 illik tədqiqatçısı, tarixçi Vilhelm Tomson araşdırmalardan sonra kral Akademiyasında demişdi: Siz bu abidəni araşdırarkən müxtəlif xalqlara çıxırsız-slavyan, latın vəs. Lakin orda mən 4 söz oxumuşam-türk, bircə xaqan, tanrı. Tanrı sözü türklərindir. Bu mənada Azərbaycan türklərin ən qədim yurdudur. Həyat burdan yayılıb kənara.
Məşhur Şumer tədqiqatçısı İlvinq deyirdi: “Arrat dastanın axtara-axtara Təbrizə gəlib çıxdım və mənə aydın oldu ki, Təbriz Quranda, İncildə təsdiq olunan cənnətdir. Adəmlə və Həvvanı tanrı Təbrizdə səhənd məhləsində yaradıb. O da təsdiqlədi ki, insan övladı Azərbaycan ərzilərindən yayılıb.
müsavat.com