Konstitusiya sahəvi qanunvericilik SƏVİYYƏSİNƏ endirilməməlidir
Xeberinfo.com: Belə bir elmi-təhlili yazının “Xeberinfo.com”da dərcinə görə sayta razılığımı bildirirəm. Hüquq elmləri doktoru İlyas İzmayılovun “Buna getmək olmaz” adı altında getmiş səviyyəli çıxışına bir sıra məxəzlərə əsaslanıb şəxsi fikirlərimi bildirmək istəyirəm.
İmkanım daxilində əldə edə bildiyim altı rəfdən ibarət kiçik kitabxanamda müxtəlif təyinatlı kitablar var. Bunlardan ən çox sevdiyim 1976-87-ci illər ərzində AZƏRBAYCAN SOVET ENSİKLOPEDİYASININ BAŞ REDAKSİYASI tərəfindən dərc olunmuş on cilddənibarər “AZƏRBAYCAN SOVETENSİKLOPEDİYASI”, lüğətlət, ərəb, fars, rus, fransız, ingilis və əlbəttə ki, doğma Ana dilini kamil bilən, ilahiyyət elminin incəliklərinə bələd olan Mirzə Əbdürrəhim Talıbzadə Təbrizinin “Səma Elçisi” və öz yazdığım kitablardır.
Maliyyə imkanım (təqaüdçüyəm)çox pis olduğuna görə müstəqil bir dönəmdə yeni dərc olunmuş AZƏRBAYCAN ENSİKLOPEDİYASINI almaq imkanım yoxdur. Belə bir bilik mənbəyi əvəzsizdir. Çox təəssüf ki, həmin ensiklopediyanın çoxlu sayda səhvlərdən xali olmadığını bir nəfər alim saytların birində aydın göstərib tənqid etmişdi. Necə olur ki, dəyərli bir dərc məsuliyyətsiz şəxslərə tapşırılır? Burada da təəssüf hissi keçirirəm ki, həmin səhvləri aşkar edənin kimliyini yaddaşımda saxlaya bilməmiş və yaxud dəftərçəmdə qeyddən keçirməmişəm.
Buna bənzər ikinci bir elmi çıxış-İlyas İsmayılov kimi ali səviyyəli bir şəxsiyyətinhazırkı KONSTİTUSİYA-mızda dyişiklik edilməsində səhvləri maddə-maddə göstərməsi məni olduqca narahat edibdir.
KONSTİTUTSİYA-dövlətin ali hüquqi qüvvəyə malik əsas qanunu; ölkənin siyasi,
hüququ və iqtisadi sisteminin əsaslarını müəyyənləşdirir.Kostitusiya idarəçilik formasını, dövlət quruluşu formasını, mərkəzi və yerli hakimiyyət və idarəçilik orqanlarının təşkili qaydasını və səlahiyyətini, şəxsiyyətin hüquqi vəziyyətini, ədalət mühakiməsini, seçki sisteminin təşkili vəəsas prinsiplərini təsbit edir. Yazılmış Konstitusiya vahid aktdır.
İ.İsmayılov yazır:“Azərbaycan Respublikası Konstitusyasında dəyişiklik edilməsi haqqında” referendum aktı layihəsinə ilk növbədə Konstitusiyanın mahiyyəti baxımından qiymət vermək lazımdır.Konstitusiya məhz öz mahiyyət əlamətlərinə görə normativ hüquqi aktlar sistemində xüsusi yer tutur, məhz Konstitusiya milli müstəqilliyi əks etdirən ənyüksək hüquqi aktdır, məhz Konstitusiyada siyasi hakimiyyətin formaları və onun hədləri,cəmiyyətintəşkilinin hüquqi prinsipləri müəyyən edilir. Bu fikirləri biz 2009-cu ildə Konstitusiyaya dəyişiklik və əlavələr edilməsi barədə referendum aktının müzakirəsi vaxtı da söyləmişdik. Lakin cox təəssüf ki, onlar nəzərə alınmadı, sahəvi qanunvericilik aktlarında nəzərdə tutulan müddəalar Konstitusiyaya köçürüldü və beləliklə də onun mahiyyətinə ziyan vuruldu. Qısası, bir növ Konstitusiya sahəvi qanunvericilik səviyyəsinə endirildi... Lahiyədə Konstitusiyaya Azərbaycan Respublikasının vitse-prezidentləri adlanan yeni-103.1 maddəsinin əlavə edilməsi nəzərdə tutulur və göstərilir: Azəbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər. Habelə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəlgetdikdə 3 ayərzində Azərbaycan Respublikasının prezidentliyinə növbədən kənar seçkilər kecirilir, yeni Prezident seçilənə qədər onun səlahiyyətlərini Birinci virse-prezident yerinə yetirir.Bu mümkün olmayanda isə həmin səlahiyyətləri Azərbaycan Respublikasının Baş naziri icra edir... Beləliklə, Xalq tərəfindən seçilməyən, ondan mandat almayan hər hansı bir şəxsin prezident vəzifəsini icra etmək imkanı yaranır. Bu da Konstitusiyanın 1-ci maddəsinə ziddir.Orada deyilir: Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır... Düşünürəm ki, Xalq tərəfindən seçilməyən hər hansı bir şəxs ( nə Birinci vitse-prezident, nə də baş nazir) Prezident vəzifəsini icra etməməlidir. Biz heç vaxt Eldar Mahmudov fenomenıni unutmamalıyıq. Bu tip şəxslər də Prezident tərəfindən qeyd edilən vəzifələrə təyin oluna və onun səlahiyyətlərini icra etmək hüququ qazana bilərlər. Bu isə, sözün əsl mənasında, fəlakət olardı... Odur ki, gələcəkdə Prezident səlahiyyətlərini icra edəcəyi gözlənilən Birinci vitse-prezident ABŞ-da olduğu kimi, Prezidentlə bərabər seçki yolu ilə müəyyənləşməlidir...Ümumiyyətlə Konstitusiyaya dəyişiklikdə qeyri demokratik, Suriya, Misir kimi dövlətlərin təcrübələrindən istifadə olunması və demokratiyanın məhdudlaşdırılmasına yönələ biləcək müddəaların əsaslandırılması üçün qədim və orta əsrlərin tarixindən istifadə olunması qətiyyən hazırkı Konstitusiyanın preambulansında qeyd olunan və sonrakı bölmələrdə inkişaf etdirilən demokratik prinsiplərlə ziddiyyət təşkil edir”.
Bəyəm səhvlər təkcə ƏSAS QANUN-dadırmı? Mərkəzi aparatda, hərbi xidmətlərdə Müstəqil dövlətimizin bayrağını və QURAN-ıöpürlər. QURAN-müsəlmanlarınmüqəddəs kitabı. İslamın qərar, sərəncamına görə QURAN-ı Allah, Cəbrayıl vasitəsiləMəhəmmədə göndərib, xalqa çatdırılmışdır.
Biz Azəri türkləri də müsəlmanıq və hər birimizin evindəQURAN vardır və ona tam inanır, hörmət bəsləyirik. Ancaq dövlət səviyyəsində bizim Quranımız KONSTİTUSİYA-yamızdır. Mötəbər məclislərdə Bayrağımızla yanaşı Konstitusiyamız öpülməlidir.
“Demokratiyanın dayağı hesab edilən ABŞ-n dövlət qruluşuna diqqət yetirək. ABŞ federativ respublikadır. Konstitusiyası 1787-ci ildə qəbul edilmişdir. (1789-cu ildən qüvvədədir). Konstitusiyada 26 dəyişiklik edilmişdir ( onlardan 10-u 1789-cu uldə “hüquqlar haqqında Bill” adı ilə qəbul olunmuşdur). Dövlət və hökumət başçısı dolayı yolla seçki yolu ilə-seçicilər kollegiyası vasitəsilə 4 il müddətinnə seçdiyi prezidentdir; vitse-prezident də eyni vaxtda həmin müddətə seçilir. Prezident icra edici hakimiyyəti həyata keçirir, həm də ABŞ silahlı qüvvələrin ali komandanıdır”.
Göründüyü kimi ABŞ Konstitusiyasında dəyişiklik iki yüz il ərzində 26 dəfə olub. Müstəqil olduğumuz dönəmdə bizim Konstitusiyamızda neçə dəfə dəyişiklik olub???
Bəs bizdə vəziyyət necədir? Bizdə İcra Hakimiyyəti və Nazirlər Kabineti fəaliyyət göstərir.Köklü məsələlərinin həll edilməsinə Prezident tərəfindən sərancam verilir və “sərəncamdan irəli gələn digər məsələlərin həlli isə” Nazirlər Kabinetinə həvalə olunur.Mən belə başa düşürəm ki, Sərəncamı kim verirsə məsuliyyəti də həmin şəxs daşımalıdır. Bu lazımsız pilləli rəhbərliklər nə vaxta kimi fəaliyyət göstərəcək?
Layihənin qüsurlu tərtib edilməsi və yaxud etdirilməsi onunla nəticələnərki, gələcəkdə hakimiyyətə sabatsız şəxslər sahib olar və bu da müstəqilliyimizə sağalmaz yaralar vura bilər.
Respublikamızda akademiyaların, universitetlərin və akademiklərin sayı çox, sambalı yox, təhsil sistemi də səviyyəsiz gündədir. Dərc olunan yeni AZƏRBAYCAN ENSİKLOPADİYASI-nı və “Azərbaycan Respublikasının Konsititusında dəyişiklik edilməsi haqqında”referendumun akt layihəsıni qüsurla tərtib edən elm adamlarına dövlət büdcəsindən hər ay min manatlarla məvacib nə üçün verilir?
Sovet İttifaqı Qəhrəmanı, tarix elmləri doktoru, akademik Ziya Musa o. Bünyadov və Hüquq eilmi sahəsində ali səviyyə sahibi İlyas İsmayılov kimiləri hakimiyyət dairələrində ona görə eşidilməmiş və qəbul olunmurlar ki, onların dillərindən çıxan hərbir kəlmə isbat tələb etməyən aksioma kimidir.
Araşdırmadan sonra mən belə nəticəyə gəlirəm ki,“Azərbaycan Respublikası Konstitusiyasında dəyişiklik edilməsi haqqında” referendum layihəsinin tərtibi İ.İsmayılov səviyyəsində olan kiçik sayda bir necə nəfərə tapşırılsaydı layihədə bu qədər çatışmazlıqlar-qüsurlar olmazdı.
Quliyev Elxan Sarı o.